Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-119/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 ilə, Ərizəçi "xxxx" MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi "xxxx" MMC ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən qərar qəbul olunmuşdur. Həmin qərarda icra məmuru Vüsal Umarov icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə, borclu qismində olan "xxxx" MTK-nı "xxxx" MMC ilə əvəzləmişdir. Eyni zamanda 15 noyabr 2023cü il tarixdə də Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən ikinci qərar qəbul olunmuşdur. Həmin qərarda icra məmuru Vüsal Umarov icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə borclu qismində olan "xxxx" MTK-nı "xxxx" MMC ilə əvəzləmişdir. Qeyd olunan qərarlara gələrkən, icra məmuru göstərilən "xxxx" MTK ilə "xxxx" MMC arasında olan 28 avqust 2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Qanun mənasında nəzərdə tutulmuş, tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) hissəsi həmin tələblərin təsdiq olunmuş faktı və yaxud da qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduqda, icra məmuruna qeyd olunan qanun normasını tətbiq etməyə imkan verir. Belə ki, qeyd olunan icra vərəqəsi üzrə borclu hüquqi şəxs olduğu üçün, misal olaraq, hüquqi şəxsin yenidən təşkil olunması barədə Ədliyyə Nazirliyinin reyestr məlumatı olduqda, tələbin güzəşt olunması barədə, müvafiq məhkəmənin qərarı olduqda, borcun köçürülməsi barədə icra qeydi və yaxud da müvafiq məhkəmnin qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi olduqda. Lakin icra məmuru Vüsal Umarov qeyd etdiyi kimi "xxxx" MMC ilə "xxxx" MTK arasında olan müaqviləyə istinad edir ki, həmin müqavilədə qeyd olunan və istinad olunan icra vərəqəsi üzrə borcun məhz "xxxx" MMC tərəfindən icra olunması öhdəliyi yoxdur. Həmçinin, bununla bağlı heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi yoxdur. Həmçinin, icra məmuru Vüsal Umarov qeyd olunan qərarları qəbul edərkən Azərbaycan Respublikası İcra Haqqında Qanunun 85-ci maddəsinin tələblərini pozaraq, qərarda həmin qərarlardan şikayət vermə qaydasını və müddətini izah etməmişdir. Məhkəmə iclasında ərizəçi "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X7 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, “prosessual müddətin ötürülmüş hesab edilməsi və ərizənin geri qaytarılması” barədə icra məmurunun vəsatətinə münasibətdə qeyd etmişdir ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl sözügedən qərarların ləğvinə dair ilkin olaraq Bakı İnzibati Məhkəməyə müraciət etmiş və məhkəmə araşdırması zamanı ərizə ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. İnzibati-Prosessual Məcəllədə ərizənin icraata qəbulundan imtina anlayışı olmadığı üçün ərizəçi tərəf ərizənin geri götürülməsi barədə müraciət etmiş və buna müvafiq Bakı İnzibati Məhkəmə tərəfindən qərardad qəbul edilmişdir. Daha sonra eyni məzmunlu ərizə ilə bu dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin qəbulundan imtina edilmiş və tərəfə izah olunmuşdur ki, hazırkı məzmunlu ərizə ilə məhkəməyə müraciət edilə bilər. Nəticədə ərizəçi hazırkı ərizə ilə yenidən Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan proseslərin hər biri ardıcıllıqla baş vermişdir və bu səbəbdən bu hal prosessual müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış icra məmuru məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə təqdim etdiyi yazılı izahatında qeyd etmişdir ki, icra sənədi üzrə Bakı şəhəri, ünvan ünvanda yerləşən yüksəkmərtəbəli binanın A blokunun 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 56 kv.m təşkil edən qeyri-yaşayış (mağaza) sahəsinə dair "xxxx" MTK ilə X8 arasında bağlanmış 23 sentyabr 2011-ci il tarixli müqavilə ləğv edilmiş, 95.760 (doxsan beş min yeddi yüz altmış) manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan alınaraq X5 ödənilməlidir. Sözügedən icra sənədinə əsasən verilmiş icra vərəqəsinin icrası zamanı məlum olmuşdur ki, "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X2 ilə onun rəsmi şəriki "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X10 arasında 28 avqust 2018-ci il tarixli, 18-22467 nömrəli Bakı şəhəri 6 saylı notariat ofisində barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinin 2-ci bəndinə əsasən aşağıda qeyd olunan öhdəliklərin icrasını "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X1 rəsmi şəriki "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X10 öz üzərinə götürür: Həmin müqavilənin 2.6-cı bəndinə əsasən A2 blokunun vergi, kommunal (qaz, işıq, su, lift, kanalizasiya, su anbarı, transformator) və digər məsələrlə bağlı mövcud olan və gələcəkdə yarana biləcək bütün öhdəlikləri, o cümlədən bütün debitorları və kreditorları istisna olmaqla "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi digər binalarla bağlı olan bütün öhdəliklərinin, vergi borclarının, o cümlədən bütün debitor və kreditorlarının icra olunmasını qəbul edir. Həmçinin, həmin müqavilənin 3.5-ci bəndində "xxxx" MTK Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı Sərəncama əsasən "xxxx" MMC-yə ayrılmış Bakı Şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihələndirilmiş 3 bloklu yaşayış kompleksini və altındakı torpaq sahələrinin "xxxx" MMC-yə məxsus olmasını, Hikmət Yiğitdöl tərəfindən tikilmiş Al blokunda, eləcə də Al və A2 blokları arasında olan 6 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) qeyri yaşayış sahəsindən yaranmış bütün problemlərin "xxxx" MMC tərəfindən həll edilməsi əks olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019- 006 nömrəli, 29 oktyabr 2019-cu il tarixli icra sənədinə və iş materiallarında olan materiallardan müəyyən olunur ki, "xxxx" MTK-nın kreditoru X4 müqaviləsi A2 bloku ilə bağlı olmadığından yuxarıda sözügedən müqavilənin 2.6 bəndinə əsasən "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X10 öhdəliyi icra etməlidir. Həmçinin "xxxx" MTK-nın cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MTK-tərəfindən 95.760 manat pul X5 ödənilməli olan öhdəliklərin icra olunmasının cavabdehə ("xxxx" MMC-yə) aid edilməsi tələbinə dair iddiasına dair Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan 26 sentyabr 2022-ci il tarixli, 2-2(117)-454/2022 nömrəli qərardadı mövcuddur. Həmin qərardad ilə məhkəmə sözügedən tələbin məhkəmədə baxılmalı olmadığından xitam vermişdir. Həmçinin, Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan 26 sentyabr 2022-ci il tarixli, 2-2(117)-454/2022 nömrəli qərardadının 2-ci səhifəsinin 3-cü abzasında qeyd etmişdir ki, iddia tələbinin sözügedən hissəsində qeyd olunan öhdəliklər tərəflər arasında bağlanmış 28 avqust 2018-ci il tarixli müqavilədən əvvəlki tarixə aid öhdəliklər olduğundan və tərəflər arasında bağlanmış 28 avqust 2018-ci il tarixli müqavilə ilə tərəflər debitor və kreditorları ilə bağlı razılığa gəldiyindən və bununla da iddia tələbində göstərilən tələb üzrə münasibətlər icra sənədlərinin icrası qaydasında həllini tapmalı olan məsələlər olduğundan iddia tələbinin bu hissəsi üzrə icraata xitam verilmişdir. Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan 26 sentyabr 2022-ci il tarixli, 2-2(117)- 454/2022 nömrəli qərardadının 3-cü səhifəsinin 1-ci abzasında qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, bore köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmin qərardadın 3-cü səhifəsinin 2-ci abzasında qeyd edilir ki, iddiaçının iddia tələbinin sözügedən hissəsi məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə verilmiş icra sənədlərinə əsasən ödənilməli bore məbləğlərinin cavabdehə aid edilməsi, yəni borcun köçürülməsi ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, bir mülki iş üzrə sübuta yetirilmiş hallar başqa məhkəmə icraatı zamanı mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktına digər məhkəmələr tərəfindən müdaxilə edilməsi yolverilməz olmaqla hüquqi müəyyənlik prinsipinə ziddir. Beləliklə, bu cür münasibətlərin həlli icra sənədinin icrası qaydasında həllini tapmalıdır. Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan 26 sentyabr 2022-ci il tarixli, 2-2(117)- 454/2022 nömrəli qərardadını, yuxarıda qeyd olunanları nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci və 85-ci maddələrini rəhbər tutaraq Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 nömrəli, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə borclu "xxxx" MTK-nın X10 ilə əvəz edilməsi barədə qərar qəbul etmişdir. Əlavə olaraq qeyd edir ki, qəbul etdiyi qərar X10 tərəfindən qəbul edilmiş, Bakı İnzibati məhkəməyə “qərarların ləğv olunması” tələbinə dair iddia ərizə ilə müraciət etmiş və (hakim Almazova Aysev) 21 dekabr 2023-cü il tarixdə iddianın geri götürülməsi barədə qərardad qəbul edilmişdir. Sonradan iddiaçı "xxxx" MMC “qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, 09 yanvar 2024-cü il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi barədə (hakim Pərviz Zamanlı) qərardad qəbul edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qanunvericiliyin tələbindən açıq aydın görünür ki, iddiaçı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən 10 gün ərzində şikayət verməli idi. İddiaçı isə tərəfimdən qəbul edilmiş qərarı 22 noyabr 2023-cü il tarixdə imzalayaraq götürdüyü halda qərardan təxminən 2 ay sonra şikayət vermişdir. İcra məmuru Vüsal Umarov həmçinin, məhkəməyə vəsatətlə müraciət edərək, şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülmüş hesab edilməsi və ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq icra məmurunun, ərizəçinin nümayəndəsi və vəkilinin izahatlarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə 15 noyabr 2023-cü il tarixdə və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarların surətlərindən görünür ki , sözügedən icra sənədləri üzrə borclu "xxxx" MTK "xxxx" MMC ilə əvəz edilmiş və bu əvəz etməyə əsas "xxxx" MTK-nın təsisçisi, qanuni təmsilçisi X2 ilə "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X10 arasında xx.xx.2018-ci il tarixli, 1S-22467 nömrəli barışıq sazişi qeyd olunmuşdur. Eyni zamanda, sözügedən əvəz etməyə əsas olmuş digər səbəb kimi həm icra məmuru tərəfindən qəbul edilmiş qərarlarda və məhkəməyə təqdim olunmuş izahatda istinad edilən Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2-2(117)-454/2022 saylı qərardadıdır. Belə ki, həmin qərardadın 2-ci səhifəsinin 3-cü abzasında qeyd edilmişdir ki, iddia tələbinin sözügedən hissəsində qeyd olunan öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən əvvəlki tarixə aid öhdəliklər olduğundan və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ilə tərəflər debitor və kreditorları ilə bağlı razılığa gəldiyindən, bununla da iddia tələbində göstərilən tələb üzrə münasibətlər icra sənədlərinin icrası qaydasında həllini tapmalı olan məsələlər olduğundan iddia tələbinin bu hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2-2(117)-454/2022 saylı qərardadında tələb üzrə münasibətlər icra sənədlərinin icrası qaydasında həllini tapmalı olan məsələlər olduğu kimi qeyd edilsə də bu hal icra məmuruna münasibətdə “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərar qəbul etməsi kimi öhdəlik yaratmamışdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2-2(117)-454/2022 saylı qərardadında qeyd edilən “tələb üzrə yaranmış münasibətlərin icra sənədlərinin icrası qaydasında həllini tapmalı məsələlər olması” halı məhz tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1S-22467 nömrəli barışıq sazişindən irəli gələn öhdəliklərlə şərtləndirilmişdir. Məhkəmə yuxarıda adı çəkilən xx.xx.2018-ci il tarixli, 1S-22467 nömrəli barışıq sazişini nəzərdən keçirərək qeyd edir ki, sazişin birinci bəndi, yəni mahiyyətində Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi X1 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyərinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən "xxxx" MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X10 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X1 şəriki "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X6 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması qeyd olunmuşdur. Belə olan təqdirdə, məhkəmə sözügedən barışıq sazişinin mahiyyətinə münasibətdə ilkin olaraq qeyd edir ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş 21 mərtəbəli A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış və qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində yaranmış məsələnin həlli ilə bağlı yuxarıda qeyd edilən MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X1 şəriki "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X6 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması kimi qeyd olunmuş şərtlər icra məmuru tərəfindən bu şərtlərdə nəzərdə tutulan ardıcıllığa riayət edilmədən “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarların qəbul edilməsini istisna edir. Belə ki, müqavilənin mahiyyətinin birinci bəndindən irəli gələn şərtlər mühim şərtləridir. Belə olan halda icra məmurunun istinad etdiyi müqavilənin digər bəndləri məhz müqavilənin birinci bəndində qeyd olunmuş ardıcıllıqdan doğan ümumi hala uyğun tətbiq edilməlidir. Mövcud qanunvericiliyə əsasən isə müqavilənin mühüm şərti sırasına müqavilənin predmetinə dair şərtlər, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Belə olan halda məhkəmə müqavilənin birinci bəndini nəzərdən keçirdərək qeyd edir ki, nə qədər ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədləri üzrə müəyyən olunmuş pul məbləğlərinin tutulması barədə qeyd, tərəflər arasında olan müqavilədə sözügedən audit rəyi ilə müəyyən edilməmişdir, belə olan təqdirdə icra məmuru tərəfindən həmin icra sənədləri ilə bağlı qəbul olunmuş 13 və 15 noyabr 2023-cü il tarixli “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarların heç bir hüquqi əsası yoxdur və ləğv edilməlidir. Məhkəmə eyni zamanda, “prosessual müddətin ötürülmüş hesab edilməsi və ərizənin geri qaytarılması” barədə icra məmurunun vəsatətinə münasibətdə qeyd edir ki, ərizəçi tərəf vəsatətdə qeyd edilmiş prosessual müddəti ötürməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddia ərizələrindən görünür ki, ərizəçi sözügedən 13 və 15 noyabr 2023-cü il tarixli qərarların ləğvi ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmişdir. Daha sonra ərizəçinin qanuni təmsilçisi sözügedən 13 və 15 noyabr 2023-cü il tarixli qərarların ləğvi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin qəbulundan imtina edilmişdir. Bundan sonra ərizəçi hazırkı ərizə ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə yenidən müraciət etmişdir. Göründüyü kimi, yuxarıda istinad olunanlara əsasən məhkəmə “prosessual müddətin ötürülmüş hesab edilməsi və ərizənin geri qaytarılması” barədə icra məmurunun vəsatətinə münasibətdə hesab edir ki, ərizəçi tərəfindən qeyd olunan prosessual addımlar ardıcıllıqla həyata keçirilmiş və bu hal icra məmurunun vəsatətində qeyd etdiyi kimi qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də, sözügedən prosessual müddət ötürülmədiyi üçün vəsatət əsassızdır və rədd edilməlidir. Beləliklə, ərizə təmin edilməli, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətləri qanunsuz hesab edilməli və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və üzrə 15 noyabr 2023-cü il tarixdə və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarları ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Ərizəçi "xxxx" MMC-nin ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətləri qanunsuz hesab edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə 15 noyabr 2023-cü il tarixdə və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarlar ləğv edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-119/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-119/2024
20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver