Məhkəmə qərarları › İş №8(011)-1192/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1192/2024

09.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1192/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5843/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.1982-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 137 manat sabit pul məbləğində aliment, həmçinin X3 3 yaşına çatanadək 100 manat pul alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Borclu 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5843/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən qətnamə qanuni qüvvəsini aldığı tarixdən,yəni 20 oktyabr 2017-ci il tarixdən hesablanmaqla Borclu xx.xx.2008-ci il təvəllüdlü X2 18 yaşma çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Qətnamə qanuni qüvvəsini aldığı tarixdən, yəni 20 oktyabr 2017-ci il tarixdən hesablanmaqla Borclu xx.xx.2015-ci il təvəllüdlü X3 18 yaşma çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Daşqın Həsənəliyev tərəfindən xx.xx.2017-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu bildiriş göndərilmişdir. Göründüyü kimi, borcu icra sənədi üzrə öhdəliyini tam təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirləri bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi əsasları olduqda tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1982-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar