Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1193/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi atalığın müəyyən olunması faktı tələbinə dair mülki iş üzrə X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)-4586/2022 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2– Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)-4586/2022 saylı qətnaməsinə əsasən, Xətai Rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il təvəllüdlü X7 verilən doğum haqqında şəhadətnamədə ata soyadının “Yaqubova” kimi qeyd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X6 Bakı Şəhər Xətai Rayon Məhkəməsinə “Atalıq faktın müəyyən edilməsi tələbinə dair” dair ərizə ilə müraciət etmişdir. Ərizə Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 4586/2022 saylı qətnaməsinə əsasən təmin edilmişdir. Qətnamənin icrası Xətai Rayon Qeydiyyat Şöbəsinə tapşırılmışdır. Qətnamədə qeyd edilmişdir ki, X8 X3 doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 atası olmasının etiraf edilməsinə dair hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamənin icra olunması üçün Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü qızı X7 doğum haqqında şəhadətnamə almaq istəyir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi qızına yeni doğum haqqında şəhadətnamə verir lakin ata soyadını Yaqubova kimi yox, ana soyadı İsmayılova kimi qeyd edilir. Ona görə də xahiş edirə ki, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində qızına verilən doğum haqqında şəhadətnamədə ata soyadını Yaqubova kimi qeyd edilməsi üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4586/2022 saylı qətnaməsinə ətraflı izah verilsin. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)- 4586/2022 saylı qətnaməsi ilə X8 X3 doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 atası olmasının etiraf edilməsinə dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)-4586/2022 saylı qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)-4586/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə ölmüş X8 özünün sağlığında xx.xx.2008-ci il tarixdə doğulmuş X5 atası olmasını etiraf etməsi faktı müəyyən edilmişdir. Göründüyü kimi, X11 xx.xx.2008-ci il təvəllüdlü X5 atasıdır. Məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin “Doğum akt qeydində soyadı -Yaqubova, adı - Rəvanə, ata adı - Aqil qızı, ata qrafasında - X11, milliyyəti azərbaycanlı, ana qrafasında - X6, milliyyəti azərbaycanlı qeyd edilməsi ” barədə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)- 4586/2022 saylı qətnaməsinə doğum akt qeydində soyadı -Yaqubova, adı - Rəvanə, ata adı - Aqil qızı, ata qrafasında - X11, milliyyəti azərbaycanlı, ana qrafasında - X6, milliyyəti azərbaycanlı qeyd edilməsi ata qrafasında - X11, milliyyəti azərbaycanlı, ana qrafasında - X6, milliyyəti azərbaycanlı qeyd edilməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1193/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1193/2022
21.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver