Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1195/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8016/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 6385.58 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “BMW 525” minik markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Təqdimatda Borclu məxsus olan “BMW 525” minik markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-8016/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Borclu və X1 6385.58 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 29 oktyabr 2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-8016/2015 nömrəli, 18 sentyabr 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətində icra sənədini könüllü icra etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən alınan çıxarışın surətindən məlum olur ki, Borclu mülkiyyətində “BMW 525” minik markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Eyni zamanda “Elektron icra” informasiya sistemindən alınan çıxarışın surətindən məlum olur ki, Borclu 06 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.1-ci maddəsinə əsasən 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək icraat dayandırılır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı icra sənədi üzrə Borclu 06 oktyabr 2022-ci il tarixdə vəfat etdiyindən və icra işi materiallarından borclunun vərəsələrinin müəyyən edilməsi halı aşkar olunmadığından, hazırkı mərhələdə təqdimat təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən verilmiş borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1195/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1195/2024
02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver