Məhkəmə qərarları › İş №8(011)-12/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-12/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-12/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə Xətai rayon Məhkəməsinin 2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə barışıq sazişinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəməsinin 2(011)-3036 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, icraatda tərəflər arasında bağlanmış barışıq sazişinə baxılmasını xahiş etmişdir. Tərəflər, barışıq sazişinə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, barışıq sazişinin təsdiq edilməsi barədə məsələyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barışıq sazişini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh İsmаyılоv Vüsаl Mircəlаl оğlu ilə birgə nikаh dövründə əldə еtməklə Bаkı şəhəri Хətаi Rаyоn Məhkəməsinin xx.xx.2019-cu il tаriхli 2(011)-6461/2019 sаylı qətnаməsi ilə hər birinin ½ pаyının müəyyən еdildiyi Mеrcеdеs Bеnz C240 mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı (əvvəlki dövlət qеydiyyаt nişаnı ** RD ***) аvtоmоbilin аçıq hərrаcdаn sаtılаrаq sаtış pulunun cаvаbdеhlə аrаsındа pаylаrınа mütənаsib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, iddia tələbi təmin edilmiş, Mеrcеdеs Bеnz C240 mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı (əvvəlki dövlət qеydiyyаt nişаnı ** RD ***) аvtоmоbil açıq hərracdan satılması, açıq hərracdan satılaraq əldə olunan vəsaitin ½ hissəsinin Tələbkar, ½ hissəsinin isə Borclu verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildirişin Borclu göndərilməsi qeyd edilmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixli Barışıq sazişinin bəndləri: “1. Cavabdeh Borclu 3500 manat pul vəsaitini iddiaçı Tələbkar ödəməklə Mercedes Benz c240 markalı **-KB-*** dövlət nömrə nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı **-RD-***) avtomobilin açıq hərracda satılmasından imtina edir və avtomobil üzərində olan bütn məhdudiyyətlərin aradan qaldırılmasına razılıq verərək avtomobilə olan pay hüququnun kompensasiyasını alır; 2. Cavabdeh Borclu 3500 manat pul vəsaitini iddiaçı Tələbkar ödənilməsi üçün Xətai rayon icra şöbəsinin depozit hesabına köçürür; 3. Qeyd olunan 3500 manat pul vəsaiti bu barışıq sazişi təsdiq olunduqdan sonra iddiaçı Tələbkar bank hesabına köçürülür və 3500 manat pul vəsaitini aldıqdan sonra Tələbkar qeyd olunan avtomobilə dair ½ hissədə payını almış olur və bir daha sözügedən avtomobilə dair hər hansı iddiada olmur; 4.İcra prosesi zamanı qeyd olunan avtomobilin qiymətləndirilməsi və hərracı nəticəsində iddiaçı Tələbkar tərəfindən Xətai rayon icra şöbəsinin depozit hesabına ödənilmiş 1000 manat pul vəsaiti bu barışıq sazişi təsdiq olunduqdan sonra Tələbkar qının bank hesabına köçürülür və bir daha sözügedən avtomobilin qiymətləndirilməsi və ya hərracı barədə hər hansı iddiada olmur; 5. Cavabdeh Borclu sözügedən avtomobili əvvəllər anası X2 adma rəsmləşdirdiyini bildirərək və Zenfira İsmayılova tərəfindən etibarnamə əsasında 3-cü şəxs X1 etiraf edərək bu barışıq sazişi təsdiq olunduqdan sonra Mercedes Benz c240 markalı **-KB-*** dövlət nömrə nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı **-RD-***) avtomobili X5 (AZE N ********) adına rəsmləşdirilməsini həyata keçirirlər və Tələbkar Xətai rayon icra şöbəsinin depozit hesabında olan ümumilikdə 4500 manat pul vəsaitini aldıqdan sonra avtomobilin X5 adına rəsmləşdirilməsinə razılıq verir; 6. Cavabdeh Borclu anası X3 bu barışıq sazişi təsdiq olunduqdan sonra qeyd olunan məhkəmə qətnaməsi üzrə adına olan Mercedes Benz c240 markalı **-KB-*** dövlət nömrə nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı **-RD- ***) avtomobilin X5 (AZE N ********) adına rəsmləşdirilməsi üçün X7 tam etibarnamə verməyi öhdəsinə götürür; 7. Tərəflər, X3 və X8 bəyan edirlər ki, sazişdə qeyd olunanlar öz iradələri daxilində həyata keçirilir və heç kimin gələcəkdə bu barədə bir-birlərinə qarşı hər hansı iddiada olmurlar; 8. Bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan sonra eyni zamanda sazişdə qeyd olunan avtomobilə dair müddəaların icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi üçün əsasdır; 9. Bu barışıq sazişi təsdiq olunduqdan və sazişdə qeyd olunanlar icra olunduqdan sonra Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-3036 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icraata xitam verilir; 10. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 2 səhifədən, 3 nüsxədə tərtib olunur və imzalanır.Tərəflərin hər birinə 1 nüsxə verilir. 1 nüsxə Xətai rayon İcra şöbəsinə verilir ki, Xətai Rayon Məhkəməsinə təsdiq olunması üçün göndərilsin.“ kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, tərəflər arasında bağlanmış barışıq sazişi, “Mеrcеdеs Bеnz C240” mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı аvtоmоbilin açıq hərracdan satılması, açıq hərracdan satılaraq əldə olunan vəsaitin ½ hissəsinin Tələbkar, ½ hissəsinin isə Borclu verilməsi qət edilmiş Xətai rayon Məhkəməsinin 2(011)-3036 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə olsa da, sazişdə məhkəmə qətnaməsi ilə nəzərdə tutulmayan məsələlərə qiymət verilməklə “cavabdeh Borclu anası X2 bu barışıq sazişi təsdiq olunduqdan sonra qeyd olunan məhkəmə qətnaməsi üzrə adına olan Mercedes Benz c240 markalı **-KB-*** dövlət nömrə nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı **-RD- ***) avtomobilin X5 (AZE N ********) adına rəsmləşdirilməsi üçün X7 tam etibarnamə verməyi öhdəsinə götürməsi” (sazişin 6-cı bəndi), iş üzrə tərəf olmayan şəxslər – X3 və X5 “sazişdə qeyd olunanların öz iradələri daxilində həyata keçirildiyini və heç kimin gələcəkdə bu barədə bir-birlərinə qarşı hər hansı iddiada olmadığını” bəyan etməsi (sazişin 7-ci bəndi) qeyd edilmişdir. İkincisi, məhkəmə tərəfindən baxış keçirilmiş e151580/2022-20 saylı icra işinin materiallarından, icraata başlama haqqında qərarın və könüllü icra barədə blidirişin tərəflərə göndərilməsi müəyyən edilməmişdir ki, bu da xx.xx.2022-ci il tarixli barışıq sazişinin bəndlərinin Tələbkar və Borclu tərəfindən razılaşdırılmasını şübhə altına alır. Bununla yanaşı, tərəflər barışıq sazişinə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onların iştirakını təmin etmək məqsədilə məhkəmə iclası xx.xx.2023-cü il tarixdə təxirə salınmış, bununla belə, onlar məhkəmə iclaslarına gəlməməklə də, barışıq sazişini müdafiə etməmişdirlər. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişinin bəndləri məhkəmə tərəfindən təsdiq edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xətai rayon Məhkəməsinin 2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar