Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-120/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 8(011)- 120/2024 saylı qərardadı ilə X1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətləri qanunsuz hesab edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli və 2(011)- 13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədləri üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən 16 noyabr 2023- cü il tarixdə qəbul edilmiş "xxxx" MTK-nın X5 ilə əvəz edilməsi” barədə qərarların ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərardadından icra məmuru Vüsal Umarov şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 8(011)-120/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 8(103)-125/2024 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsinə yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şikayətçi X3 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş üzrə ərizəçinin vəkili ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə baxılması zərurəti aradan qalxmışdır. Buna görə də ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-120/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-120/2024
06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver