Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1200/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, 15 dekabr 2021-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında qərarından X1 tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Xətai rayon İcra şöbəsinin icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra şöbəsinin böyük icra məmurunun 23 may 2024-cü il tarixli qərarın qanunsuz və əsassız hesab edilərək, ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2(011)5248/2021 saylı xx.xx.2021-ci il tarixli Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh Borclu ilə aralarında birgə nikah dövründə əldə olunmuş əmlaklar bölünmüş, qətnamənin böyük bir hissəsi icra olunmuş yalnız qızıl-zinət və pul tələbi hissədə icra olunmamışdır. X14 Tağıyev ilə birgə nikah dövründə əldə edilmiş və 2(011)5248/2021 saylı xx.xx.2021-ci il tarixli Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən bölünmüş və paylar müəyyən edilmiş əmlaklarla bağlı yenidən 2 saylı mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə Barışıq sazişi bağlanmışdır. Barışıq sazişi Borclu və X8 tərəfindən çox hissəsi icra edilmişdir. Borclu mediasiya sazişinin 1-ci bəndində qeyd edilən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən 1/2 hissədəki payını X4 adına özgəninkiləşdirməli olduğu halda bu günə kimi sazişi həmin hissədə könüllü icra etməkdən imtina etmişdir. Şəlalə Tağıyeva da həmin barışıq sazişinə əsasən icra məmurunun icraatında olan icra işi ilə əlaqədar icraya xitam verilməsi barədə ərizə verməli idi. Borclu Şəlalə Tağıyevanı aldatmışdır ki, tələbkar əvvəlcə ərizəni versin, borclu da sazişin icra olunmayan bəndini, yəni Şəlalə Tağıyevanın yaşadığı mənzil ilə bağlı ½ hissədəki payı ilə bağlı çıxarış əldə etdikdən sonra icra edəcəkdir. Tələbkar ona inanıb icra işinə xitam verilməsi barədə ərizə yazmaq üçün icra məmurunun yanına getmişdir. İcra məmurunun xidməti otağında Şəlalə Tağıyeva, onun oğlu Rüstəm Tağıyev, X10 və Borclu olmuşdur. X10 tərəflərin xahişi ilə, tərəflər arasında mübahisənin yenidən yaranmaması üçün barışıq sazişinin icrasına köməklik göstərirdir. Şəlalə Tağıyeva həmin vaxt xəstə olduğu üçün, halı pis olduğuna görə oğlu Rüstəm Tağıyev onların diktəsi ilə ərizəni yazmış və Şəlalə Tağıyeva ərizəni oxumadan imza etmişdir. Ərizəyə nəyin yazılmasından məlumatı olmamışdır. Daha sonra Borclu barışıq sazişini icra etmədikdə tərəflər bununla bağlı Xətai Rayon Məhkəməsində məhkəmə proseslərini başlatmışlar. Məhkəmə prosesləri zamanı Borclu icra məmurunun xidməti otağında yazılmış ərizəyə istinad edərək guya X18 Rayon Məhkəməsinin qətnaməsinə əsasən paylardan imtina etmişdir. Halbuki, Şəlalə Tağıyeva paylardan imtina etməmiş, məhkəmə qətnaməsinə əsasən paylar müəyyən edilmiş, qətnamə qismən icra olunmuş, yenidən tərəflər arasında mübahisə davam edən zaman mediasiya sazişinə əsasən tərəflər paylarını bölüşdürmüş və həmin vaxt icra məmurunun yanında icra işi ilə bağlı icra olunmayan hissə ilə bağlı imtina barədə ərizə verməli idi, bu barədə mediasiya sazişində öhdəlikdə götürmüşdür. Lakin Borclu təkidi ilə icra məmurunun xidməti otağında ərizə düzgün diktə edilmədiyindən aldadılaraq guya mediasiya sazişinin tam icra olunduğunu, paylarından imtina etməyi ilə bağlı həqiqətə uyğun olmayan ərizə yazılmışdır. Ərizə ümumiyyətlə iki hissədə ibarət olunmaqla diktə edilərək qeyri-müəyyən yazdırılmışdır. Ərizənin birinci hissəsi guya paylarından imtina etməyilə bağlı, digər hissəsi paya barışıq sazişin tam icra olunması ilə bağlıdır. Birinci hissəsi mümkün deyil ona görə ki, tələbkar Şəlalə Tağıyevaya məxsus paylar tələbkarın özündədir, imtina etməmiş, qətnamə qismən artıq icra olunmuşdur, ikinci hissə ona görə mümkün deyildir ki, işin mübahisəsiz halıdır ki, qətnamənin yuxarıda qeyd edilən bəndi hələdə icra olunmamışdır. Belə ki, ərizəyə və mediasiya sazişinə baxılsa görüləcək ki, kifayət qədər ziddiyyət vardır. xx.xx.2024-cü il tarixli sazişdə qeyd edilmişdir ki, Ş.Tağıyeva avtomobildən, qızıl-zinət əşyasından və puldan olan hissədə ½ paylarından imtina edilməsi barədə Xətai rayon İcra şöbəsinə müraciət edəcəkdir. Cavabdeh Borclu Şəlalə Tağıyevanı aldatması nəticəsində bütün əmlaklardan olan tələblərdən imtina etməyi və barışıq sazişinin tam icra edilməsi barədə həqiqətə uyğun olmayan ərizəyə imza çəkmiş və həmin ərizə əsasında icra məmuru icra işinə xitam vermişdir və icra məmuru işin bu hallarını dəqiqləşdirməmişdir. İşin mübahisəsiz halıdır ki, Borclu hələ də xx.xx.2024-cü il tarixli MŞB/2-00414/2024 saylı mediasiya sazişin 1-ci bəndinə əsasən Borclu tərəfindən Bakı şəhəri, Xudu Məmmədov küçəsində yerləşən yeni tikili binada olan 3 otaqlı 100 kv.m sahəsi olan mənzildən ½ hissədəki payını Şəlalə Tağıyevanın adına keçirməmişdir. İcra məmuru onunla hər hansı dəqiqləşdirmə aparmadan icra işinə xitam vermiş və bu barədə qərarı onun ünvanına göndərməmiş və məlumat verməmişdir. Məhkəmələr həmin ərizənin düzgün tərtib olunmaması nəticəsində qanunsuz qərarlar çıxarmağa məcbur qalmışlar. Şəlalə Tağıyeva icra məmurunun xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə icra məmuruna müraciət etməklə əldə etmiş və buna görə də həmin qərardan şikayət verilməsi müddəti xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verməklə yanaşı, məhkəmədən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu şikayətə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, birinci bəndin icra olunmamasının səbəbi ona dayısı tərəfindən bağışlanmış evin Şəlalə Tağıyevanın alması olmuşdur. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayəti nəzərdən keçirərək hesab edir ki, X1 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)5248/2021 saylı 15 dekabr 2021-ci il tarixli icra sənədinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə, ünvan 2 ünvanında yerləşən mənzildə, ünvan 3nında "xxxx" MTK-dan müqavilə əsasında əldə edilmiş 6-cı bina, 1-ci mərtəbədə yerləşən 52 kv.m olan qeyri yaşayış sahəsində, ** MD *** dövlət qeydiyyat nişanlı “X19 minik” markalı avtomobildə 1/2 hissədə X4, 1/2 hissədə Borclu payları müəyyən edilməli, 29800 avro və 1400 ABŞ dolları pul vəsaitinin ½ hissəsi cavabdeh Borclu alınaraq iddiaçı X6 verilməli, "Bank of Baku” ASCdə olan hesabdan və "xxxx" ASC-də olan hesabdan çıxarılmış müvafiq olaraq 34832 EUR və 42349 ABŞ dollarının ½ hissəsi cavabdeh Borclu alınaraq iddiaçı X6 verilməli, 1 ədəd 50 qram çəkisi olan külçə, 1 ədəd ağ qızıl komplekt və 1 ədəd qızıl saatda 1/2 hissədə X4, 1/2 hissədə Borclu payları müəyyən edilməlidir. İş materiallarında olan birinci tərəf X8, ikinci tərəf Borclu arasında 18 aprel 2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı barışıq sazişinin surətindən görünür ki, ikinci tərəf Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yeni tikili binada 3 otaqlı 100 kv.m sahəsi olan mənzilindən ½ hissədəki payını, birinci tərəfin adına Daşınmaz Əmlakın Dövlət reyetsrində özəlləşdirəcəyini öz öhdəsinə götürmüş, ikinci tərəf ünvan 4 ünvanında olan 2 otaqlı mənzili oğlu X5 adına Bağışlanma yolu ilə Daşınmaz Əmlakın Dövlət reyestrində özəlləşdirəcəyini öz öhdəsinə götürmüş, Borclu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 52 kv.m sahəsi olan qeyri-yaşayış sahəsindəki ½ hissədəki payın Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyi üçün "xxxx" MTK ilə arasında bağlanmış müqaviləni X4 adına dəyişdirilməsi və həmin qeyri-yaşayış sahəsinin X4 adına yeni müqavilənin bağlanması üçün bütün tədbirləri görməyi, o cümlədən müqavilə maliyyə arayışı alaraq X6 verməyi öz öhdəsinə götürmüşdür. Birinci tərəf X2 qəsəbəsi, Kənd Əhmədli qəsəbəsi, Kənd Əhmədli 22F ünvanında yerləşən 7 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli monsardlı həyət evinin ½ hissədəki payından imtina edir və Borclu adına Daşınmaz Əmlakın Dövlət reyestrində özəlləşdirəcəyini öz öhdəsinə götürmüşdür, birinci tərəf X3 Rayon Məhkəməsinin 2-(011)- 5248/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə olunmuş daşınar-daşınmaz əmlakın ½ hissədəki payı olan “Mercedes Vito” markalı, **-MD- *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona çatan ½ hissədəki payından, pul vəsaitlərindən birinci tərəf X6 çatan ½ hissədəki payları olan 34832 avrodan, 42349 ABŞ dollarından, 29800 avrodan, 1400 ABŞ dollarından, qızıl-zinət əşyaları olan ½ hissədəki payından 1 ədəd 50 qram çəkisi olan külçə, 1 ədəd ağ qızılı komplekt və 1 ədəd qızıl saatdan, tam şəkildə imtina edir və öz öhdəsinə götürmüşdür ki, birinci tərəfə X8 gələcəkdə Borclu qarşı qeyd olunan pul vəsaitləri, qızıl-zinət əşyaları, “Mercedes Vito” markalı, **-MD- *** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar heç bir iddia qaldırmayacaqdır. Göstərilən hissədə tələblərdən imtina ilə əlaqədar X3 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə xitam verilməsi üçün Xətai rayon İcra şöbəsinə müraciət etməsini öz öhdəsinə götürmüşdür. Tərəflər hal-hazırda məhkəmədə olan iddialarından imtina edəcəklər və gələcəkdə bu sazişdə nəzərdə tutulan mübahisələrlə bağlı bir-birlərinə qarşı və ailə üzvlərinə qarşı heç bir iddia qaldırılmaması ilə bağlı öz üzərlərinə öhdəlik götürmüşdürlər. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 23 may 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021-017 nömrəli, 15 dekabr 2021-ci il tarixli icra sənədinə tələbkarın 22 aprel 2024-cü il tarixli ərizəsinə əsasən tam şəkildə təmin olunduğundan, xitam verilmişdir. Həmin qərar 22 noyabr 2024-cü il tarixdə X6 göndərilmişdir. İş materiallarında olan X8 tərəfindən verilmiş Xətai rayon icra şöbəsinə 23 aprel 2024-cü il tarixdə daxil olmuş ərizənin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə X8 arasında birgə evlilik dövründə əldə olunmuş əmlakların (daşınar və daşınmaz) ½ paylarının müəyyən edilməsi ilə bağlı qətnamə çıxarılmışdır. Həmin qətnaməyə əsasən Əhmədli qəsəbəsi, Əhmədli 8-küç, ev 22F, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə ünvanında "xxxx" MTK-dan müqavilə əsasında əldə edilmiş 6-cı bina, 1-ci mərtəbədə yerləşən 52 kv.m olan qeyri-yaşayış sahəsi, ** MD *** dövlət qeydiyyat nişanlı “X19 minik” markalı avtomobildən, 29800 avrodan, 1400 ABŞ dollarından, 34832 avrodan, 42349 ABŞ dollarından və məhkəmə qətnamənin qeyd olunmuş qızıl-zinət əşyalarının ½ hissəsindən X8 tam şəkildə imtina etmişdir. Belə ki, Borclu ilə X8 arasında Mediasiya Təşkilatında 18 aprel 2024-cü il tarixli, MŞB/2-00414/2024 saylı barışıq sazişinə əsasən razılığa gəlmiş və mediatr X7 tərəfindən barışıq sazişi təsdiqlənmiş və üzərlərinə düşən öhdəlik tam şəkildə yerinə yetirilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5248/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsi, Borclu icra vərəqəsi üzrə ölkədən çıxışına qoyulmuş müddətin götürülməsi, pul tələbi ilə bağlı əmlakların hərraca çıxarılmasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2075/2017 saylı 25 yanvar 2017-ci il tarixli icra sənədi üzrə aparılmış icra hərəkətləri ilə bağlı icra işinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin həmin icra işi məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Xətai rayon icra şöbəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar şöbəyə məxsus arxiv sənədləri pərakəndə vəziyyətdə olduğu üçün icra sənədləri üzrə müvafiq qərarların təqdim edilməsi mümkün olmamışdır. Həmçinin borclu Murtuzəliyeva (Əliyeva) Günel Sahil qızının qeyd olunan icra sənədi üzrə hal-hazırda "xxxx" ASC-yə 729,13 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə şikayəti və icra işi materiallarını araşdırıb, belə qənaətə gəlir ki, Xətai rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, 15 dekabr 2021-ci il tarixli icra sənədi tam icra olunmadığından, X1 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, 15 dekabr 2021-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi” barədə qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X1 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, 15 dekabr 2021-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında qərarından verilən şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5248/2021 saylı 15 dekabr 2021-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi” barədə qərarı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5248/2021 saylı, 15 dekabr 2021-ci il tarixli icra sənədi üzrə məcburi icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1200/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1200/2024
25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver