Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1203/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-800/2023-027 nömrəli, 09 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3198 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MTK-nın xeyrinə ödənilməlidir. İcra sənədi 24 iyul 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “Nissan X Trail” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Təqdimatda Borclu məxsus “Nissan X Trail” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 borclu tərəfindən icra sənədində qeyd olunan borcun ödənilmədiyini bildirərək, məhkəmədən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək bildirmişdir ki, vəsaiti olmadığına görə əvvəllər borc pensiyasına yönəldilmişdir. Sonradan icra şöbəsinə yaxınlaşmışdır. Ona icra şöbəsinin rekvizitləri təqdim edilsə də, borclu sistemdə həmin rekvizitlər olmadığına görə borcunu ödəyə bilməmişdir. Borclu eyni zamanda borcunu ödəmək niyyətində olduğunu bildirmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-800/2023- 027 nömrəli, 09 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu kommunal xidmət haqqı borcuna görə 3198 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MTK-nın xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 24 iyul 2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin surətini Borclu 06 avqust 2024-cü il tarixdə qəbul etmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən alınan çıxarışın surətindən məlum olur ki, Borclu mülkiyyətində olan “Nissan X Trail” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu mülkiyyətində olan “Nissan X Trail” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1203/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1203/2024
16.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver