Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1213/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şaiq Heydərli Borclu məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5828/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 4315.8 manat məbləğində pul vəsaiti 63.16 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vaistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X3 məxsus olan “Toyota Prius (Hibrid)”minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Hazırda icra sənədi üzrə borc 4378.96 manat təşkil edir. Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5828/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə cavabdeh Borclu 26 dekabr 2023-cü il tarixli RGTK5558090B299 saylı kredit müqaviləsinə əsasən 3.948,82 (üç min doqquz yüz qırx səkkiz manat səksən iki qəpik) manat əsas, 366.98 (üç yüz altmış altı manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4.315,80 (dörd min üç yüz on beş manat səksən qəpik) manat pul vəsaiti və ödənilmiş 63.16 (altmış üç manat on altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu bildiriş təqdim edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına əsasən “Toyota Prius (Hibrid)”minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti könüllü olaraq ödənilmədiyindən, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobilin üzərinə həbsin qoyulmasına dair təqdimat əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halında tətbiqi edilir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “Toyota Prius (Hibrid)”minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1213/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1213/2024
10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver