Məhkəmə qərarları › İş №8(011)-1227/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1227/2024

26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1227/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3349/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməli, Borclu 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borclunun yaşadığı ünvana bildiriş göndərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə borclunun yaşadığı Xətai rayonu, Əbilov qəsəbəsi 18 baxış keçirilmiş və borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Bu səbəbdən borclu barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul olunaraq axtarış işi açılması üçün Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən borclu barəsində xx.xx.2023-cü il tarixdə axtarış işi açılaraq Daxili İşlər Nazirliyinin internet saytına yerləşdirilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi, iş üzrə tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun, iş üzrə borclunun və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Qanunun tələbindən müəyyən olunduğu kimi borclunun əmlakının axtarışda olması səbəbindən icraatın dayandırılması imperativ norma deyil. Ona görə də məhkəmə icra sənədinin alimentin tutulması ilə bağlı olmasını, icra sənədinin 2021-ci ildən verilməsini və 4 il müddətində icra edilməməsini nəzərə alaraq təqdimatı təmin etmir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar