Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1228/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi - icra məmuru in, Tələbkar iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş icra sənədinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edərək Xətai rayon Məhkəməsinin 2(011)-278/2023-024 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-278/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, ünvan 1 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillər tam təmirli şəkildə iddiaçı Tələbkar təqdim edilməlidir. "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 4800 manat və ödənilmiş dövlət rüsumu qismində 100 (yüz) manat alınaraq Tələbkar ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2024-cü il tarixində Xətai rayon İcra şöbənin icraatına daxil olmuş və icraata başlanılmışdır, onlar tərəfindən icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə borclu - "xxxx" MMC-nin direktoru X1 rayon İcra şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır. O, izahatında məhkəmə qərarının icrasından yayınmadığını, lakin icra sənədində qeyd olunun və eləcə də, Bakı şəhəri, Xətai rayon 6 saylı Notariat ofisində Tələbkar ilə aralarında bağlanılmış 3M/638 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulan 9-cu mərtəbədə 85,6 kvm və 79.8 kv.m-ə uyğun mənzillərin olmadığını bildirmişdir. İcra sənədinin icrası ilə bağlı tələbkar Surxayeviçin və onun etibarnamə üzrə nümayəndəsi Zaur Əhmədovun iştirakları ilə xx.xx.2024-cü il tarixdə icra sənədində göstərilən binaya baxış keçirilmiş, bu zaman, borclu "xxxx" MMC-nin direktoru X2 hal-hazırda tikilməkdə olan binanın 9-cu mərtəbəsində tələbkara iki ayrı-ayrı təmirsiz mənzil təklif etmiş və qısa müddət ərzində sözügedən mənzillərin təmir olunacağını bildirmişdir. Onlar tərəfindən tələbkar və onun etibarnamə üzrə nümayəndəsi ilə birlikdə həmin mənzillərə baxış keçirilmişdir.Tələbkar sözügedən mənzilləri götürməkdən imtina edərək ona verilməli olan mənzillərin tikintisi başa çatmış binada olduğunu, həmçinin, sahəsi uyğun olmadığını və ona verilmiş lahiyədə başqa mənzillərin göstərildiyini bildirmiş və həmin mənzilləri qəbul etməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanlarla bağlı icra sənədində tələbkara verilməli olan mənzillərin blok və nömrəsi qeyd olunmadığından icra sənədinin icrası zamanı çətinlik yaranmışdır. Odur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-278/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin qeyd edilən hissəsinə "İcra haqqında" Qanunun 14-cü maddəsinə əsasən izah verilməsi zərurəti yaranmışdır. Sonda icra məmuru Şaiq Heydərli ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahatında bildirmişdir ki, artıq 3 ildir, məhkəmə prosesləri gedir iş Apellyasiya, Ali məhməkəsinə qədər gedib bir dənə şirkət tərəfindən sənəd təqdim olunmur. Ev ona 2020-ci ildə təhvil verilməli idi. Müqavilədə yazılan ev 16/50 ünvanı onun öz mənzili olub hansı ki, sökülüb yerində yeni yaşayış binaları tikilib. Müqavilədə təyin olunmuyub hansı blok hansı, mənzil olduğu sadəcə ona iki ayrı-ayrı mənzillər (85,6 kv.m və 79,8 kv.m) verilməli idi. Ona 3 otağlı 105 kv.m mənzil təklif ediblər lakin o qəbul etməyib, 16 yaşlı qız uşağı ilə bir otaqda necə yaşasın, 5 otaq ayrı-ayrı mənzillər verməli idilər indi 3 otaq verirlər. O, onları təzədən məhkəməyə verib öz mənzillərini tələb edib. O vaxtı iş Apellyasiyada olan zaman ekspertiza təyin olunmuş, lakin onlar baxış keçirtməyə imkan verməmişlər, sonra Hakim F.Abdıyev və digər hakimlər gəldilər baxış keçirtdilər. Sonra onlar bir otaq əksik mənzil təklif etdilər, bunların da oyunu idi ki, həmin o mənzillər hazır olan binadadır, biri 2 otaq digəri 3 otaqlı idi onlar ona çox cəhd etdilər ki, gəl pul verək çıx get o razılaşmayıb, burda yaşamaq istəyir 1 otaq əksik mənzil təklif etdilər onda, yerdə qalan sahəni hesablaşaq pulunu verin yenə razılaşmadılar. Sonra onları məhkəməyə verdi bunların da acığı gəlib ki, onların öz qayda qanunları var. Məhkəmə, tərəflərin izahatlarını, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-278/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə izah edilməsinə dair icra məmurunun ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-278/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, ünvan 2 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillər tam təmirli şəkildə iddiaçı Tələbkar təqdim edilməsi, "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 4800 (dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumu qismində 100 (yüz) manat alınaraq Tələbkar ödənilməsi, "xxxx" MMC-nin Tələbkar qarşı "xxxx" MMC ilə Tələbkar arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilməsi, ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin özünə aid edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsinin icra məmuru Şaiq Heydərli tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 278/2023-024 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, icra məmurları Heydərli Şaiq və Yusıfli Türkayın, borclu "xxxx" MMC-nin direktoru Abbasov Elmarın, nümayəndəsi Səfərov Rövşənin və Tələbkar, onun etibarnamə üzrə nümayəndəsi Əhmədov Zaurun iştirakı ilə Xətai rayon Məhkəməsinin e-2(011)-278/2023-024 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən Xətai rayonu, 8-ci Qaraşəhər küçəsi ev 16/50 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillər tam təmirli şəkildə iddiaçı Tələbkar təqdim edilməlidir. İcra sənədinin icrası ilə bağlı sözügedən ünvana gedilmiş, icra sənədinin tələbləri borcluya izah və elan olumuş. Borclu icra sənədinin izahından boyun qaçırmadığını bildirdi və "xxxx" MMC-nin direktoru E.Abbasov tərəfindən tikilinin 3-cü mərtəbəsində yerləşən təmirsiz 2 mənzil təklif olunaraq, qısa müddət ərzində sözügedən mənzillərin təmir olunacağı bildirildi, tərəflər həmin mənzillərə baxış keçirildi, video çəkiliş edildi. Surxayeviç Elçin sözügedən mənzilləri götürməkdən imtina etdi, ona verilməli olan mənzillərin tikintisi başa çatmış binada olduğunu həmçinin kv.m uyğun olmadığını və ona verilmiş layihədə başqa mənzilin göstərildiyini bildirdi. Beləliklə, məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, izah verilməsi xahiş olunan qətnamə ilə “"xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, ünvan 2 ünvanında, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillərin tam təmirli şəkildə iddiaçı Tələbkar təqdim edilməsi” nəzərdə tutulmuşdur ki, bu da məzmun baxımından aydın olmaqla, icra sənədinin icrasının mümkünsüzlüyünə əsas olmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassızdır və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268 və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru “2(011)-278/2023-024 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə izah verilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-1228/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1228/2024
13.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver