Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1229/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbduov Orxan Elşən oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X2, X1 iştirakı ilə, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4537/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsinin ayda 100 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4537/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi ilə, xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 1324 manat ödənilməmiş hissə, 199 manat dəbbə pulu olmaqla 1523 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1428 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu olmaqla 1576 manat, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 429 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu olmaqla 477 manat, ümumilikdə 3576 manat borc və ödənilmiş dövlət rüsumunun 25,80 manat hissəsinin məndən alınaraq iddiaçı Tələbkar MMC-yə verilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün müvafiq olaraq Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə tələbkara 400 manat ödəniş olunmuşdur. Borclu bildirir ki, ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır, daimi iş yeri yoxdur, imkanı olduqca tələbkara olan borcundan ödənişlər edir, qətnamənin icrasından qərəzli olaraq yayınmır. Hal-hazırda maddi vəziyyətində çətinliklər olduğundan qalan borc məbləğini birdəfəlik ödəmək imkanı yoxdur. Ödənilməmiş borc məbləğini 100 manat olmaqla, hissə-hissə ödəyə bilər. Tələbkarın nümayəndəsi X4 məhkəmə iclasında ərizəyə etiraz edərək, icra sənədi ilə tələb edilən pulun hissə-hissə deyil, bütöv şəklində borcludan tutulmasını və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş edərək bildirdi ki, ailəsi ilə birlikdə kirayədə yaşayır, işləmir, ümumi borcdan ayda yüz manat ödəyə bilər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırda isə tələbkarın nümayəndəsi icra sənədi üzrə tələb edilən pul vəsaitinin ödənilməsinə möhlət verilməsinə, habelə hissə-hissə ödənilməsinə etiraz etmişdir. Belə olan halda ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-1229/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1229/2024
12.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver