Məhkəmə qərarları › İş №8(011)-1232/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1232/2024

23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1232/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2024-011 nömrəli, 23 iyul 2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 125000 ABŞ dolları borc və 502,5 manat dövlət rüsumu tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 02 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti bildirişlə borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün “10” gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. Görülmüş icra tədbirləri zamanı Borclu yerini müəyyənləşdirmək mümkün olmadığı üçün Xətai rayon İcra şöbəsinin 14 oktyabr 2024-cü il tarixli qərarı ilə 115872/24 nömrəli axtarış elan edilmişdir. Təqdimatda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3695/2024-011 nömrəli, 23 iyul 2024-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-3695/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu 125000 ABŞ dolları borc və 502,5 manat dövlət rüsumu tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin icraata başlamaq haqqında 02 oktyabr 2024-cü il tarixli qərarı və icra sənədinin surəti 02 oktyabr 2024-cü il tarixdə Borclu göndərilmişdir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 14 oktyabr 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx xxxxxxxx 1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin qanunun 19.1.2-ci maddəsinə əsasən borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. Həmin qanunun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Həmin qanunun 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Borclu yerini müəyyənləşdirmək mümkün olmadığından, bu səbəbdən borclu barəsində axtarış elan edildiyindən, hazırkı mərhələdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3695/2024-011 nömrəli, 23 iyul 2024-cü il tarixli icra sənədi üzrə icraat dayandırılmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3695/2024-011 nömrəli, 23 iyul 2024-cü il tarixli icra sənədi üzrə icraat dayandırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar