Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1235/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, X1 iştirakı ilə İddiaçı Tələbkar cavabdehlər X6, X13 və X10 qarşı “mənzilin boşaldılması tələbi” barədə iddia ərizəsi üzrə X7 və X12 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 57/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 və X18 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üçün onlara xx.xx.2025-ci il tarixədək möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ayna Cəlilova ərizəsini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-57/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər X7, X18 və X9 ailə üzvləri ilə birlikdə iddiaçı X11 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 saylı qətnaməsinə əsasən X7, X12 ünvan 1 ünvanına köçürülmə barədə iddia tələbləri təmin edilmişdir. Həmin qətnaməyə əsasən icra vərəqəsi verilərək onlar yuxarıda qeyd edilən ünvana icra məmurları vasitəsi ilə köçürülmüş və zəruri ev əşyalarımızı da həmin mənzilə aparmışlar, sonradan borclu qaynı X8 mənzilin açarlarını dəyişmiş olduğu üçün mənzilə daxil ola bilməmişlər, Xətai rayon Məhkəməsinə müraciət edərək qətnamənin yenidən icraya göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişik. Xətai rayon Məhkəməsinin 8(011)-1030/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (sədrlik edən Samirə Eyvazova) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 nömrəli icra sənədinin yenidən icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Hal-hazırda yaranmış çətinliklərlə bağlı qətnamənin icra olunması müəyyən vaxt tələb edir və ailə üzvləri iki azyaşlı körpədən ibarətdir. Nəsimi rayon icra şöbəsi tərəfindən məcburi qaydada çıxarılırlar, başqa bir yerləri və yaşayışı olmadığından məcbur qalaraq müvəqqəti olaraq ünvan 2 ünvanına dair kirayə müqaviləsi bağlamış və 100 manat beh vermişlər. Lakin mənzil hazırda boş olmadığından və boşaldılması, həmin kirayəşinlərin çıxması 25 yanvar 2025-ci il tarixdə nəzərdə tutulubdur. Buna görə də, qətnamənin icrasına həmin tarixə qədər möhlət verilməsi zəruridir, hazırkı vəziyyətdə iki azyaşlı uşağı ilə birlikdə çöldə-bayırda qala bilməzlər. X24 ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar və icra məmuru ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-57/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, Cavabdehlər X7, X18 və X14 ailə üzvləri ilə birlikdə iddiaçı X11 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılması və mənzil boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6816/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə, ərizəyə münasibətdə qeyd edir ki, əvvəla, qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü yaranmış əlverişsiz hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır, tələbkarın isə buna dair razılığının olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir, ikincisi, borclu “başqa mənzilə dair kirayə müqaviləsi bağlanılmaqla, həmin mənzilin xx.xx.2025-ci il tarixdə onlara veriləcəyi, ona qədər isə iki az yaşlı uşaqları çətin vəziyyətdə olmaları” kimi dəlillər irəli sürsə də, özünün əmlak və ailə vəziyyəti, onun üçün yaranmış əlverişsiz hallar barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, həmçinin ərizəçinin möhlət verilməsini istədiyi məhkəmə qətnmaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, həmin tarixdən bu vaxta qətnamə icra edilməmişdir, üçüncüsü, borclu “kirayə müqaviləsi əsasında Bakı şəhəri, 20 Yanvar küçəsi, bina 3, 39 saylı mənzilin xx.xx.2025-ci il tarixdə onlara veriləcəyi” kimi dəlillər irəli sürsə də, məhz həmin mənzilə köçməli olmasının zəruriliyi və ya başqa mənzilə dair kirayə müqaviləsi bağlamaqla ora köçməyin mümkünsüzlüyünə dair hər hansı sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Başqa cür desək, iddiaçının dəlilləri onun tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halları ehtiva etmir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin icrasına möhlət verilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, borclu X5 qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 və X12 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsi rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-1235/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1235/2024
23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver