Məhkəmə qərarları › İş №8(011)-1238/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1238/2024

23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1238/2024 23.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3629/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclular Borclu 1231 manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-nın xeyrinə ödənilməlidir. İcra sənədinin icrasının təmini tədbiri olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 523/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Chevrolet Cruze” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbin icrası ilə bağlı icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan sözügedən icra sənədini “İcra Haqqında" AR Qanununun 20.1.5 maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus olan “Chevrolet Cruze” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilmməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin və tələbkarın nümayəndələrinin, borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3629/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kod **********06154 Samsung Galaxy A7 markalı telefon üçün 1092 manat ödənilməmiş hissə, 109 manat cərimə pulu borcu, ümumilikdə 1201 (min iki yüz bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat cavabdeh Borclu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 8(011)-523/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Chevrolet Cruze” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli, icra icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədi borclu tərəfindən tam şəkildə icra olunduğundan AR "İcra haqqında" qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini dair qərar qəbul edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmənin qərardadına əsasən avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-523/2021 saylı, xx.xx.2021-ci tarixli qərardadına əsasən Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar