Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1240/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X7-Mənsimli Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüqar Hüseynov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)- 230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının “qərara aldı” hissəsi “02 noyabr 2022-ci il tarixdən hesablanmaqla 23 iyun 2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilsin” qaydasında izah edilməlidir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3220/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi cavabdeh Borclu alimentin 17 fevral 2023-cü il tarixdən başlayaraq tutulması hissəsində dəyişdirilmiş, alimentin tutulması Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla hazırki iddianın məhkəməyə verildiyi vaxtdan- xx.xx.2022-ci il tarixdən hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə -alimentin məbləği hissəsindədəyişdirilmədən saxlanmışdır. Qeyd olunan icra sənədləri xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixlərdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hər iki icra sənədi üzrə ümumilikdə borclunun 3500 manat borcu yarandığı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə tələbkar Xətai Rayon İcra Şöbəsinə müraciət edərək borclunun 3500 manat aliment borcunun olduğu qeyd edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Tələbkar, borclu və Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsalar da, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu Xətai Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmiş, ərizədə göstərilmişdir ki, aliment borcunun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Şəms” b/y-nın 146/1 saylı bağ sahəsinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimat: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. İcra məmuru ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. CMS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş əmlak məlumatlarından görünür ki, Borclu mülkiyyətində torpaq sahələri mövcuddur. Borclu özü də icra şöbəsinə ərizə ilə müraciət edərək borcun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Şəms” b/y-nın 146/1 saylı bağ sahəsinə yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-590/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, daha əvvəllər Bakı şəhəri Xətai Rayon İcra şöbəsi Borclu tərəfindən borcun ödənilməsini təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimat vermiş, həmin vaxt borc ödənildiyindən təqdimat təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı təqdimat qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamışdır. Təqdimatı verən orqanının icra məmuru isə məhkəmə iclasında iştirak etməmiş, hazırki halda borcun Borclu mülkiyyətində olan əmlaklara yönəldilməməsinin səbəbinin nədə ifadə olunduğunu izah etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, təqdimat əsassızdır və buna görə də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №8(011)-1240/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1240/2024
19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver