Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1243/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Şaiq Heydərli tərəfindən verilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3730/2017 saylı xx.xx.20217-ci il tarixli icra sənədinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şaiq Heydərli ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edərək Xətai rayon Məhkəməsinin 2(011)-3730/2017 saylı xx.xx.20217-ci il tarixli icra vərəqəsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3730/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə iddiaçı Tələbkar ünvan 1 ünvanında yerləşən (özbaşına tikili) eve köçürülməlidir. Yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən ünvan 1 ünvanında yerləşən (özbaşına tikili) eve köçürülmüş və icra işinə xitam verilmişdir. Tələbkar icra məmurunun icra işinə xitam verilməsi barədə qərarından Xətai rayon Məhkəməsinə şikayət vermiş və onun şikayətinə baxılaraq 2(011)-3730/2017 nömrəli, 19 mart 2024-cü il tarixli Qərardad yenidən Xətai rayon İcra şöbəsinə icra edilməsi üçün göndərilmişdir. 19 mart 2024-cü il tarixli qərardadda iddiaçı Tələbkar ünvan 1 ünvanında yerləşən X1 yaşadığı 2 mərtəbəli (özbaşına tikili) evin 1-ci mərtəbəsində yerləşən 4 otağa (4 otaq və sanitar qovşaqdan ibarət otaqlara) köçürülməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 2(011)- 3730/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi yenidən icraya yönəlidilməsi qət edilmişdir. Tələbin təkrarən təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixə təyin edilmiş icra hərəkətləri zamanı sözügedən mənzilin 1-ci mərtəbəsində borclu X2 tərəfindən konstruksiya dəyişikliklərinin edilməsi nəticəsində 6 (altı) kiçik ölçülü otaqların mövcüd olduğu, mətbəx və sanitar qovşağı olmadığı, həmçinin otaqlarda borcluya məxsus şəxsi istifadə üçün nəzərdə tutulan əşyalar və yataq dəstlərinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən Tələbkar mənzilə tam köçürülməsi baş tutmamış, icra hərəkətləri təxirə salınmışdır. Həmçinin tələbkar şifahi olaraq əşyaların otaqlardan çıxarıldığı halda köçəcəyini bildirmişdir. İcra sənədində göstərilən tələbin icra edilməsi məqsədilə "mənzilə köçürülmə"- nin təmin edildiyi an borcluya məxsus əşyaların çıxarılıb-çıxarılmaması, mətbəx və sanitar qovşağının olmadığı halda bərpasının tərəflərdən kimin öhdəsində olması ilə əlaqədar "İcra haqqında" Qanunun 14-cü maddəsinə əsasən münasibət bildirərək izah verilməsi Sizdən xahiş olunur. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru, tələbkar və borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 230.4cü maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3730/2017 saylı xx.xx.20217-ci il tarixli icra sənədinə izah edilməsinə dair icra məmurunun ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-3730/2017 saylı xx.xx.20217-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar ünvan 2 ünvanında yerləşən (özbaşına tikili) evə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3730/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadından (xx.xx.2024-cü il taixli düzəliş ilə) görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(01 1 )-3730/201 7 saylı, 01 iyun 2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin 24 yanvar 2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilmiş, Tələbkar ünvan 2 ünvanında yerləşən X1 yaşadığı 2 mərtəbəli (özbaşına tikili) evin 1-ci mərtəbəsində yerləşən 4 otağa (4 otaq və sanitar qovşaqdan ibarət otaqlara) köçürülməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3730/2017 saylı 2017-cı il tarixli icra sənədi yenidən icraya yönəldilmişdir. Həmin qərardaddan görünür ki, Məhkəmənin 01 iyun 2017-ci il tarixli 2(011)- 3730/2017 saylı qətnaməsi üzrə icra məmuru tərəfindən 09 avqust 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 05 fevral 2018-ci il tarixdə icra məmuru Şakir Bahadırov icra vərəqəsinə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(011)- 3730/2017 saylı qərardadı ilə qətnaməyə “Tələbkar ünvan 2 ünvanında yerləşən X1 yaşadığı (özbaşına tikili) evə köçürülsün” məzmununda izah verilmişdir. Cavabdeh Qasımova (Atakişiyeva) Lətifə İnqilab qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(011)-3730/2017 saylı qərardadından şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2018-ci il tarixli 8(103)-358/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(011)-3730/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 20 iyun 2018-ci il tarixdə icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Qərara əlavə edilmiş akta əsasən Tələbkar qeyd olunan ünvanın 1-ci mərtəbəsinə köçürülmüşdür. Daha sonra Tələbkar 07 sentyabr 2019-cu il tarixdə icra sənədinin yenidən icraya yönəldilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(011)- 3730/2017 saylı qərardadı ilə ərizə təmin edilmiş, icra sənədi üzrə icraatın təzələnməsi, Tələbkar ünvan 2 ünvanında yerləşən (özbaşına tikili) evə köçürülməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli 2(011)-3730/2017 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Cavabdeh Qasımova (Atakişiyeva) Lətifə İnqilab qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(011)-3730/2017 saylı qərardadından şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli 8(103)-697/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. Daha sonra icra məmuru Tural Edilov 14 yanvar 2019-cu il tarixdə qətnaməyə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(011)-3730/2017 saylı qərardadı ilə qətnaməyə “Tələbkar ünvan 2 ünvanında yerləşən X1 yaşadığı 2 mərtəbəli (özbaşına tikili) evin 1-ci mərtəbəsində yerləşən 4 otağa (4 otaq və sanitar qovşaqdan ibarət otaqlara) köçürülsün” məzmununda izah verilmişdir. Daha sonra cavabdeh Qasımova (Atakişiyeva) Lətifə İnqilab qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(011)-3730/2017 saylı qərardadından şikayət vermiş, həmçinin şikayət vermək üçün prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(011)-3730/2017 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi və şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Qasımova (Atakişiyeva) Lətifə İnqilab qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(011)-3730/2017 saylı qərardadından şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 2(011)- 3730/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş materialları apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(103)-12114/2019 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(011)- 3730/2017 saylı qərardadı ləğv olunmuş və cavabdehin müddətin bərpası barədə ərizəsinə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(011)-3730/2017 saylı qərardadı ilə prosessual müddət bərpa edilmiş və iş materialları şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(103)-14266/2019 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(011)-3730/2017 saylı qərardadının ləğv edilməsi, məhkəmənin 01 iyun 2017-ci il tarixdə qəbul etdiyi qətnaməyə (icra sənədinə) izah verilməsi haqqında icra məmurunun və tələbkarın ərizələrinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsinin icra məmuru Şaiq Heydərli tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3730/2017 saylı xx.xx.20217-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-3730/2017 saylı xx.xx.20217-ci il tarixli icra sənədinin tələbini icra etmək məqsədilə Bakı şəhəri, Əhmədli qəsəbəsi, Elşən Süleyman (keçmiş 1-ci ünvan 4 ünvanında yerləşən (özbaşına tikili) evə gəlinmiş və icra tədbirinə başlanılmış, məhkəmə qərarı üzrə nəzərdə tutulan 4 otağın ayrılması ilə bağlı 3 otaq tələbkara təhvil verilmiş, 1 otaq isə borclu tərəfindən 1 ay ərzində boşaldılaraq tələbkara verilməsinə dair tərəflər arasında razılığıa gəlinmiş və tələbkar Atakişiyev Dadaşşah oğlu həmin otaqlara köçürülmüşdür. Beləliklə, məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, əvvəla, izah verilməsi xahiş olunan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3730/2017 saylı xx.xx.20217-ci il tarixli qətnaməsi ilə “iddiaçı Tələbkar ünvan 2 ünvanında yerləşən (özbaşına tikili) evə köçürülməsi” nəzərdə tutulmuşdur ki, bu da məzmun baxımından aydın olmaqla icra sənədinin icrasının mümkünsüzlüyünə əsas olmur. İkincisi, icra sənədinin icrasının mümkünsüzlüyünə səbəb kimi göstərilən hallar icra sənədinə izah verilməsi üçün əsas deyil. Məhkəmə hesab edir ki, tələbkarın mənzilə köçürülməsi icra sənədinin icrasını şərtləndirir ki, bu da hazırkı iş üzrə mümküdür. Belə ki, iş materiallarından görünür ki, tələbkarın mənzilə köçürülməsi üçün hər hansı bir maneə yoxdur, borcluya məxsus əşya isə belə maneə deyil, çünki borclu da məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülmüş, onun mübahisəli mənzilə istifadə hüququnu istisna edən hallar müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassızdır və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268 və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şaiq Heydərlinin “2(011)- 3730/2017 saylı xx.xx.20217-ci il tarixli icra sənədinə izah verilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-1243/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1243/2024
27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver