Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1251/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1 Tələbkar "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş icra sənədinin geri qaytarılmasına dair qərarın ləğvi barədə ərizəyə baxaraq, müəyyənetdi: Tələbkar "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2427/2012 saylı, 11 iyul 2012-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarın ləğv edilməsi və icra icraatının davam etdirilməsi üçün Suraxanı Rayon İcra Şöbəsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandılrmışdır ki, icra sənədi icra məmurunun qərarı ilə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Əldə etdikləri məlumata əsasən Borclu2 işləyir və əmək haqqı alır. Göründüyü kimi, icra sənədinin qaytarılması üçün əsaslar aradan qalxmış və məcburi icra tədbirləri çərçivəsində icra sənədinin icrası mümkün olacaqdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi ilə bağlı ərizə ilə ilk növbədə icra şöbəsinə müraciət etməlidir. Müraciəti nəzərə alınmadığı halda tələbkar icra məmurunun hərəkət və ya hərəkətsizliyindən, qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, anoloji hüquq münasibətləri tətbiq edilməklə, Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni icraata qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264 268-ci maddələrinə əsasən qəraraaldı: Tələbkar "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş icra sənədinin geri qaytarılmasına dair qərarın ləğvi barədə ərizənin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №8(011)-1251/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1251/2024
18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver