Məhkəmə qərarları › İş №8(011)-1255/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1255/2024

24.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1255/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbduov Orxan Elşən oğlunun katibliyi, Borclunun nümayəndəsi X5 iştirakı ilə, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar ASC-yə olan borcunu ödəmək niyyətində olduğunu nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )- 6161/2024 saylı məhkəmə qətnaməsi üzrə tutulmalı olan məbləğin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011 )-6161/2024 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar ASC-nin iddiası təmin edilərək ondan 17297.77 manat və ödənilmiş 143 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Borclu bildirdi ki, götürdüyü kredit borcunun bir hissəsini əlində imkan olduğu üçün vaxtı-vaxtında ödəmiş, lakin sonradan maddi və sosial durumu yaxşı olmadığı üçün ödənişləri ləngimişdir. Bu səbəbdən borc məbləği şişirdilmişdir. Hal-hazırda evdar xanımdır heç bir əmək fəaliyyəti ilə məşğul olmur. Himayəsində bir azyaşlı övladı var. Adına daşınar və daşınmaz əmlak belə mövcud deyildir ki, sataraq borcu tam bağlasın. Banka olan borcunu tam olaraq nağd ödəmək qabiliyyətində deyildir. Tələb olunan məbləği yalnız hissə-hissə, yəni ayda 100 manat ödəyə bilər. Borclunun nümayəndəsi X7 məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş edərək bildirdi ki, borclunun maddi imkanı zəifdir, işləmir, lakin borcu ödəməkdən yayınmır, ümumi borcdan ayda yüz manat ödəyə bilər. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkara ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə ərizəyə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhər Xətai Rayon İcra Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-6161/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iddiaçı Tələbkar ASC və cavabdeh X6 arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əsasən 14312.78 manat məbləğində əsas borcu, 2653.5 manat məbləğində faiz borcu, 331 49 manat məbləğində cərimə borcu olmaqla, cəmi' 17297.77 manat borc pul’və 143 manat məbləğində dövlət rüsumu X3 alınaraq Tələbkar ASC-nə ödənilməlidir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkar qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar