Məhkəmə qərarları › İş №8(011)-126/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-126/2023

13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-126/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5337/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5337/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2230 manat borc pul vəsaiti və 42.30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi müvafiq olaraq Xətai rayon İcra şöbəsinin icraatında daxil olmuşdur. İcra məmurunun müvafiq qərarı ilə icraata başlanılmış və tələbin könüllü icrası barədə qeydiyyatda olduğu ünvan 1 ünvana bildiriş göndərilmişdir. Borclu işsiz olduğundan, ailədə tək həyat yoldaşının işləməsi, övladının azyaşlı olduğundan və əlavə gəliri olmadığından hal-hazırda icra sənədində göstərilən tələbi tam şəkildə icra edə bilmir. İcra məmuruna bununla bağlı dəfələrlə şifahi olaraq bildirsə də, tələbin tam şəkildə icrasını tələb edirlər. Borclu 2272 manat borc məbləğini tam şəkildə ödəməyə çətinlik çəkir. Buna baxmayaraq borclu məhkəmə qərarının icrasından yayınmır. 2023-cü ilin yanvar ayında icra məmurunun təkidi ilə tələbkar "xxxx" MMC-nin xeyrinə 400 manat ödəniş etmişdir. Lakin qalıq borc məbləğini borclu yalnız hissə-hissə icra edə bilər. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Lakin tələbkarın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilib ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tələbkarın və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X2 ərizədə qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, eyni zamanda borclu tərəfindən ərizədə təklif edilən məbləğlə borcun ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etdiyindən və tələbkarın mənafelərinə uyğun olmadığından ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar