Məhkəmə qərarları › İş №8(011)-126/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-126/2025

12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-126/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-4481/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1997-ci ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 21500 manat məbləğində pul vəsaiti və 165 manat dövlət rüsumu tutularaq Tələbkar Aydin oğlunun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, sorğulara əsasən əmlak aşkar edilməmişdir. Borclu Xətai Rayon Məhkəməsinin 3(011)-2908 saylı, 11,07.2024-cü il tarixli qərarına əsasən 15 (on beş) gün inzibati həbs edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-4481/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 21500 manat məbləğində pul vəsaiti və 165 manat dövlət rüsumu tutularaq Tələbkar Aydin oğlunun xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.1997-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin məktubundan görünür ki, xx.xx.1997-ci Bakı şəhərində anadan olmuş Borclu barəsində xx.xx.2022-ci il tarixdə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.1997-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Borclu xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra sənədi barədə məlumatı var, ancaq birdəfəlik ödəyə bilmir, hissə-hissə ödəyə bilər. Adına hər hansı daşınar və daşınmaz əmlak yoxdur, qiymətli kağızları, əmanətləri yoxdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarxli qərarı ilə Borclu 1516.55 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2908/2024 saylı, 11 iyul 2024-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati hıbs edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurları X3, X2, X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-4481/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icra olunması ilə borclunun qeydiyyatda olduğu ünvanda olan əşyalar X1 məxsus olduğundan həmin əşyaların siyahıya alınması mümkün olmamışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.1997-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. Göründüyü kimi, borcu icra sənədi üzrə öhdəliyini tam təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirləri bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi əsasları olduqda tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1997-ci ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar