Məhkəmə qərarları › İş №8(011)-1269/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1269/2024

27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1269/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil, Borclu iştirakı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1956/2024-023 nömrəli, 21,06.2024-rü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus “VAZ 21053" minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı və "DAEWOO ESPERO" minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 3 fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1956/2024-023 nömrəli, 21,06.2024-rü il tarixli icra sənədinə əsasən İlkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 280000 manat, çəkilmiş əlavə xərclər qismində 560 manat, pul vəsaitinin gecikdirilməsinə görə illik (358 gün) 5% hesablanmaqla 13731 manat, mənəvi zərərin əvəzi qismində 500 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat olmaqla, ümumilikdə 295091 (iki yüz doxsan beş min doxsan bir) manat Borclu alınaraq Tələbkar verilməlidir. Dövlət rüsumunun kəsrini təşkil edən 435 (dörd yüz otuz beş) manat 09 (doqquz) qəpik Borclu alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclunin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. cü il tarixdə Borclu izahat verərək, borcdan ödəniş etmədiyini, icra vərəqəsini mübahisələndirəcəyini bildirmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21053" minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı və "DAEWOO ESPERO" minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmçinin Borclu məxsus ünvan 3 fərdi yaşayış evi vardır. Tələbkarın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında Xətai rayonu, Ş.Mirzəyev küç 5 ünvanında yaşadığını bildirərək təqdimatın təmin edilməsinə etiraz etmədi. Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1956/2024-023 nömrəli, 21,06.2024-rü il tarixli icra sənədinə əsasən İlkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 280000 manat, çəkilmiş əlavə xərclər qismində 560 manat, pul vəsaitinin gecikdirilməsinə görə illik (358 gün) 5% hesablanmaqla 13731 manat, mənəvi zərərin əvəzi qismində 500 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat olmaqla, ümumilikdə 295091 manat Borclu alınaraq Tələbkar verilməlidir. Dövlət rüsumunun kəsrini təşkil edən 435 manat 09 qəpik Borclu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edilmiş, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, borclunun yetərli pul vəsaitləri olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmlak üzərinə həbs qoyulması yol verilən əmlaklar olduğundan, təqdimat təmin edilərək, pul tələbi borclunun əmlaklarına yönəldilməsi məqsədi ilə həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus olan “VAZ 21053" minik markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı və "DAEWOO ESPERO" minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21053" minik markalı **-UF-*** dövlət qeydiyyat nişanlı və "DAEWOO ESPERO" minik markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillər və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar