Məhkəmə qərarları › İş №8(011)-127/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-127/2024

19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-127/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 8(011)-1129/2022 saylı qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5017/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 594 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 8(011)- 1129/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Volkswagen Passat” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Göstərilənlərə əsasən təqdimatda Borclu məxsus olan “Volkswagen Passat” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 8(011)-1129/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Volkswagen Passat” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materialından və təqdimatdan məlum olur ki, borc tam şəkildə ödənildiyindən 18 yanvar 2024-cü il tarixdə icra məmuru tərəfindən qərar qəbul edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5017/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan “Volkswagen Passat” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 8(011)-1129/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Volkswagen Passat” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DBYP-nə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar