Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1289/2024 29.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8284/2017 nömrəli, 14 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyindən tələbkar "xxxx" MMC tərəfindən verilən şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar "xxxx" MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8284/2017 nömrəli, 14 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə Ağdam rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və məhkəmə əmrinin icra edilməməsi ilə bağlı Tərtər rayon İcra və Probasiya Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilərək aradan qaldırılması və məcburi icra tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar "xxxx" MMC-nin şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə, tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafıq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə edərək qeyd etmişdir: ...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasımı dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddi 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasını həyata keçirilməsinə də xidmət edir. İş materiallarından görünür ki, sözügedən icra sənədi üzrə borclular barəsində məcburi icra tədbirləri Ağdam rayon və Tərtər rayon İcra və probasiya şöbəsi tərəfindən aparılmış, Ağdam rayon İcra və Probasiya şöbəsinin 15 mart 2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8284/2017 nömrəli, 14 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hesab edirəm ki, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət icra məmurunun olduğu yer üzrə baxılmalı olduğundan şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən Q ə r a r a a l d ı m: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8284/2017 nömrəli, 14 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyindən tələbkar "xxxx" MMC tərəfindən şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1289/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1289/2024
29.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver