Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-130/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun icra sənədinin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov –Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsində qeyd olunan ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evində otaq bölgüsünə dair məhkəmə qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, 22 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X3 və 06 iyun 2011-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. Sözügedən icra sənədinin icrası ilə əlaqədar 26 yanvar 2023-cü il tarixdə Tələbkar yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X3 ilə birlikdə sözügedən mənzilə köçürülmüşdür. Bundan sonra tərəflərə hüquq və vəzifələri izah edilmiş, lakin tərəflər arasında otaq bölgüsünə dair fikir ayrılığı yaranmışdır. 06 fevral 2023-cü il tarixdə Tələbkar icra şöbəsinə gələrək ərizə təqdim etmiş və sözügedən mənzildə otaq bölgüsünə dair məhkəmə qətnaməsinə izah verilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Azərbaycan Respublikası İcra haqqında Qanunun 14-cü maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Hazırkı ərizədə icra məmuru Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə izah verilməsini xahiş etmişdir, lakin məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsində izah verilməsi üçün hər hansı qeyri-müəyyənlik və yaxud aydın olmayan hər hansı ifadələr müəyyən edilməmişdir. Sözügedən qətnamə və onun əsasında verilmiş icra sənədi aydın şəkildə tərtib edilmişdir.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, ərizədə göstərilən halların aradan qaldırılması üçün icra üsulunun müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun –Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsində qeyd olunan ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evində otaq bölgüsünə dair məhkəmə qətnaməsinə izah verilməsinə dair ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-130/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-130/2023
02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver