Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-132/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova– Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomomaşının üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5230/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 975.06 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Xətai Rayon Məhkəməsinin 8(011)-33 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə icra edildiyindən (ABC Telecom MMC məktubu) xx.xx.2025-ci il tarixdə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurunun, tələbkarın və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu məxsus “VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)- 5230/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatı əsaslı olduğundan təqdimat təmin edilməli və Borclu məxsus “VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində qeyd olunan tələb tam şəkildə təmin edildiyindən, icra şöbəsi tərəfində icraata xitam verilməsi barədə qərar qəbul edildiyindən avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün (ləğv edilsin). Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-132/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-132/2025
04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver