Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-133/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6088/2023-006 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus Quba Rayonu Küsnət Qazma kəndində yerləşən ümumi sahəsi 0,0340 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-6088/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1696 manat məbləğində pul vəsaiti və 36.96 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC nin xeyrinə ödənilməlidir. İcra sənədi 07.01,2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Quba Rayonu Küsnət Qazma kəndində yerləşən ümumi sahəsi 0,0340 ha olan torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədi üzrə borcdan ödəniş edilməmişdir. Həmçinin icra sənədi üzrə könüllü müddət keçdiyindən ümumi məbləğin 7% icra ödənişi ödənilməlidir. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın əsaslı olduğundan təmin edilməsini məhkəmədən xahiş etdi. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş , Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6088/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1696 manat məbləğində pul vəsaiti və 36.96 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC nin xeyrinə ödənilməlidir. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Quba Rayonu Küsnət Qazma kəndində yerləşən ümumi sahəsi 0,0340 ha olan torpaq sahəsi Borclu mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edilmiş, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, borclunun yetərli pul vəsaitləri olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmlak üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat təmin edilərək, pul tələbi borclunun əmlakına yönəldilməsi məqsədi ilə həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus olan Quba Rayonu Küsnət Qazma kəndində yerləşən ümumi sahəsi 0,0340 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan Quba Rayonu Küsnət Qazma kəndində yerləşən ümumi sahəsi 0,0340 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-133/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-133/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver