Məhkəmə qərarları › İş №8(011)-135/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-135/2024

09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-135/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-6858/2023-006 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən ümumi sahəsi 0,0899 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-6858/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 728 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Gədəbəy rayonu Qoşabulaq kəndində yerləşən ümumi sahəsi 0,0899 ha olan torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədi üzrə borcdan ödəniş edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. İcra məmuru, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə, tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilmsi və təqdimatın təmin edilməsini xahiş etmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimat və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-6858/2023-006 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kod **********73175 HUAVVEL NOVA 9SE markalı telefon üçün 661,74 manat ödənilməmiş hissə, 66,26 manat cərimə borcu, ümumilikdə 728 (yeddi yüz iyirmi səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməldir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin Borclu göndərilməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Gədəbəy rayonu Qoşabulaq kəndində yerləşən ümumi sahəsi 0,0899 ha olan torpaq sahəsi Borclu adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Borclu məxsus olan mobil nömrələrə (**********, **********, **********, **********, ********** və s.) 10 gün ərzində borcun könüllü ödənilməsi, əks tədbirdə məcburi icra tədbirlərinin görüləcəyi qeyd edilmişdir. Lakin iş materiallarından, Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması üçün əsaslar müəyyən olunmadı. Belə ki, əvvəla, borclunun xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin surətini almasını təsdiq edən hallar müəyyən deyil, borclunu izahatı alınmamışdır, ikincisi, torpaq sahəsinin üzərinə həbs qoyulması üçün qanunla nəzərdə tutulan əsasların olmaması, icra tələbinin həcminin (758 manat) həbs qoyulması nəzərdə tutulan əmlakın dəyərinə mütənasib deyil, habelə təqdimatı verən orqanının nümayəndəsinin məhkəmə iclasında iştirak etməyərək təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməməsi təqdimatın təmin olunması mümkünlüyünü aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə borclunun əmlakının üzərinə həbs qoyulması qətnamənin icrasına şərait yaratmaqdan daha çox borclunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağından təqdimat əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarına əsasən məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Mütənasiblik prinsipinin əsas elementlərindən biri də odur ki, məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın "Borclu məxsus Gədəbəy rayonu Qoşabulaq kəndində yerləşən ümumi sahəsi 0,0899 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması" barəsində təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar