Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-14/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Borclunun nümayəndəsi və vəkili Vəkil ilə X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə müraciət edərək X1 əmlak vəziyyətini və gəlirini nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2532/2023 nömrəli qətnaməsinin, qətnamə üzrə qalan 10500 manat borcdan hər ay 300 manat ödəməklə, hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı X3 rayon məhkəməsində cavabdehlər X12 və X7 qarşı əmlak tələbinə dair iddia qaldırmış, həmin iddiaya dair 2(011)-6242/2022 nömrəli mülki işə Xətai rayon Məhkəməsində baxılaraq iddianın X8 münasibətdə rədd edilməsi, X7 münasibətdə isə qismən təmin edilməsi və sonuncudan 2100 manat dəyərində qızıl zinət əşyalarının alınaraq Tələbkar verilməsi barədə xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. İddiaçının apelyesiya şikayətinə əsasən apelyasiya instansiyasında 2(103)2532/2023 nömrəsi verilmiş həmin işə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi,iddia tələbinin qismən təmin edilməsi və iddiaçı X9 məxsus qızıl zinət əşyalarının (karona üzük,sep,sırğa dəsti-30 qram,dəst sep 50qram,sep-qolbaq dəsti-18 qram,güllü üzük 8-qram,sırğa-15 qram,nişan üzüyü 6 qram,güllü sep-40 qram), əşyalar mövcud olmadıqda isə onların dəyəri 11600 manat məbləğində pulun cavabdeh X4 alınaraq iddiaçıya verilməsi barədə xx.xx.2023-cü il tarixli yeni qətnamə qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və qətnamənin icra olunması üçün Nizami rayon icra şöbəsinə icra sənədi verilmişdir.Həmin icra sənədi əsasında da Nizami rayon icra Şöbəsinin icra məmuru tərəfindən icra işi başlanmışdır və X4 icra sənədi üzrə tələbi bir dəfəyə icra etməsi tələb edilir. Qətnamədə göstərilən qızıl zinət əşyaları X6 olmamışdır və yoxdur. Ona görə də bu əşyaların onun tərəfindən Tələbkar verilməsi mümkün deyildir. T.X.Eynullayevanın mülkiyyətində nəğd, eləcə də banklarda və digər kredit təşkilatlarında pulu,başqa daşınmaz və ya daşınar əmlakı (torpağı,evi,avtomobili və s.) da yoxdur.Eyni zamanda o,heç bir yerdə işləmir,əmək haqqı, təqaüd və pensiya da almır.Yeganə gəliri isə sosial sığorta üzrə hər ay ona ödənilən 220 manat müavinətdir ki, bu müavinət də heç onun özünün dolanışacağı üçün kifayət deyildir. Ona görə də mövcud vəziyyətdə T.X.Eynullayevanın 11600 manatlıq tələbi birdəfəlik ödəməsi də qeyri-mümkündür. Lakin "İcra Haqqında" Azərbaycan Respublikası Qanununa görə icra sənədi üzrə tələb borclunun sosial sığorta üzrə aldığı müavinətə də yönəldilə bilər.Amma bu zaman həmin müavinətdən tutulmanın məbləği 50 faizdən artıq ola bilməz. Qeyd edilən icra sənədi üzrə tələbin borclunun sosial sığorta üzrə aldığı müavinətə yönəldilməsi barədə icra məmuru tərəfindən məcburi icra tədbir görülməsə də T.X.Eynullayeva özü qanunun tələbini və icra məmurunun tələbi könüllü icra etmək barədə təklifini nəzərə alaraq 2024-cü ilin aprel ayından ona verilən müavinət hesabına hər ay 100 manat ödəməklə həmin icra sənədi üzrə tələbi könüllü olaraq hissə-hissə icra edir. Lakin ödədiyi 100 manat, müavinətdən tutulmanın 50 faizlik miqdarını təmin etmədiyinə görə o, bu tələbi də ödəmək məqsədilə 2024-cü ilin noyabr ayında ərinin və övladlarının maddi köməklikləri ilə tələbkara əlavə 300 manat da ödəmişdir. Beləliklə T.X. Eynullayeva müavinətdən tutulmanın qanunla müəyyən ediulmiş ən yuxarı həddini təmin etməklə 2024-cü ilin dekabr ayına kimi icra sənədi üzrə 11600 manat tələbdən ümumilikdə 1100 manatını könüllü olaraq ödəmiş və tələb olunan məbləğdən 10500 manatını isə borclu qalmışdır. T.X.Eynullayeva heç bir zaman icra sənədi üzrə tələbi icra etməkdən boyun qaçırmamışdır. Onun bu tələbi tam ödəməməsinə yeganə səbəb isə yuxarıda göstərildiyi kimi mülkiyyətində icra sənədi üzrə tələbin yönəldilə biləcəyi əmlakının və ödəməyə cəlb edilmiş müavinətdən başqa digər gəlirlərinin olmamasıdır ki, bu səbəblər də qanuna uyğun olaraq üzürlü səbəblər hesab edilməlidir. Lakin icra məmuru, X5 icra sənədi üzrə tələbin mümkün olan bir hissəsini könüllü olaraq ödəməsini,tələbin qalan hissəsini ödəmək üçün onun əmlakının və digər gəlirlərinin olmamasını,yəni tələbin qalan hissəsini üzürlü səbəbdən icra edə bilməməsini nəzərə almayaraq onun, guya "icra sənədindəki tələbi üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra etməməsi" barədə üç dəfə inzibati protokol tərtib etmişdir. Həmin protokollar əsasında da X10 bir dəfə 500 manat,ikinci dəfə isə 1000 manat cərimə edilmiş,bir dəfə də onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bütün bunlar məsələyə birtərəfli və qərəzli yanaşmanın nəticəsi olmaqla X7 qarşı haqsızlıqdır. Yəni göstərilən vəziyyətdə T.X.Eynullayevaya inzibati cərimə tətbiq edilməsi qanunsuz,əsassız və ədalətsizdir. Həm də bu cərimələrin tətbiq edilməsi onun maddi vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, həm də icra sənədi üzrə tələbin onun tərəfindən icra edilməsini bir daha çətinləşdirir. T.X.Eynullayeva Azərbaycan Respublikası vətəndaşı olmaqla daimi yaşayış yeri Azərbaycandır, kifayət qədər yaşlıdır, xarici ölkələrlə hər hansı əlaqəsi və ölkədən getməsi üçün başqa səbəblər də yoxdur. Odur ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulması da həm qanunsuz, əsassız və ədalətsizdir, həm də lüzumsuzdur.Göstərilənlərlə yanaşı konkret halda bu cür tədbirlərin tətbiq edilməsi "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qanunun aliliyi,hamının qanun qarşısında bərabərliyi,obyektivlik və ədalət principlərinə də ziddir. X10 gələcəkdə də bu cür haqsızlıqlara məruz qalmaq və daha ağır maddi duruma düşmək istəmir və eyni zamanda da icra sənədi üzrə tələbi ödəyib qurtarmaq fikrindədir. Bu məqsədlə də o,əri və övladları ilə qabaqcadan danışıb razılaşaraq onların maddi köməklikləri ilə hər ay sabit olaraq ən çoxu 300 manat ödəməklə icra sənədi üzrə tələbi bu qaydada hissə-hissə icra etmək istəyir. Borclunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini barərə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra etdirilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən, borclu isə, buna dair müvafiq sübutu məhkəməyə təqdim etmədiyindən, X1 ərizəsinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Eyni zamanda X2ndan 11600 manat pulun alınaraq Tələbkar ödənilməsi ilə bağlı qətnamənin hissə-hissə icra olunması tələbkarın hüquq və mənafelərininin, nəticədə məhkəmə müdafiəsi hüququnun əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə hesab edir ki, X1 icra sənədinin hissə-hissə icrası ilə bağlı ərizəsi təmin edilməsin. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2532/2023 nömrəli qətnaməsinin, qətnamə üzrə qalan 10500 manat borcdan hər ay 300 manat ödəməklə, hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-14/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-14/2025
08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver