Məhkəmə qərarları › İş №8(011)-140/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-140/2023

09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-140/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Borclu MMC-nin ölkədən getmək hüququnun məhdudlaşdırılması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov - icra sənədi üzrə Borclu MMC-nin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-400/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh “Mediapost" MMC-dən ödənilməmiş əmək haqqına görə 2052 (iki min əlli iki) manat, istifadə edilməmiş məzuniyyətə görə 552 (beş yüz əlli iki) manat məbləğində kompensasiya və ödənilmiş dövlət rüsmuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkara və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi avabdeh “Mediapost" MMCdən ödənilməmiş əmək haqqına görə 2052 (iki min əlli iki) manat, istifadə edilməmiş məzuniyyətə görə 552 (beş yüz əlli iki) manat məbləğində kompensasiya və ödənilmiş dövlət rüsmuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-400/2022-020 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamış və xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun icra sənədindəki ünvanına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Göründüyü kimi, hüquqi şəxs fiziki şəxslər tərəfindən yaradılan və bir tək hüquqi baxımından mövcud olan qurumdur. Belə olan halda, fiziki mövcud olmayan bir subyektin ölkə hüdudlarını tərk etməsi də mümkün deyil. Odur ki, təqdimat əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu MMC-nin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar