Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-141/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı X3, onun nümayəndəsi və eyni zamanda vəkili X5 iştirakı ilə, İddiaçı X3 cavabdeh X9 qarşı “cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı X6 cavabdeh X9 qarşı “cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzili o, xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsi yolu ilə almışdır və həmin mənzilə xx.xx.2021-ci ildə mülkiyyət hüququ tanınmışdır.Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzili aldıqda cavabdeh X11 ilə aralarında olan alqı-satqı müqaviləsinə əsasən bir ay müddətinə mənzildən çıxmağı öz öhdəsinə götürmüşdür. Lakin müddət bitsə də, hələ də ona məxsus mənzildə cavabdeh yaşamağa davam edir. Cavabdeh mənzilin keçmiş sakinidir və qeydiyyatda olmasa da, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzildə yaşamağa davam edir və hazırki vaxtadək mənzilində yaşayır. Mənzilin bütün kommunal xərclərini iddiaçı olaraq özü ödəyir. Cavabdehin onun evində qalması iddiaçıya maddi cəhətdən ziyan vurduğundan iddiaçı əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Hətta mənzilindən çıxmadığı üçün iddiaçı əlavə olaraq kirayə haqqı ödəyərək başqa bir mənzildə yaşayır. Buna görə də hesab etmişdir ki, mənzildən cavabdeh əşyaları ilə birlikdə çıxarılmalıdır.Odur ki, qeyd edilənlərə əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzildən cavabdeh X7 əşyaları ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iddiaçı X6, onun nümayəndəsi və eyni zamanda vəkili X8 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə cavabdeh X11 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdeh X11 iş üzrə təyin edilmiş məhkəmə iclaslarının mütəmadi olaraq təxirə salınması barədə teleqramlar ünvanlamışdır. Məhkəmə cavabdeh tərəfindən edilən bu hərəkətlərin iş üzrə icraatı əsassız olaraq uzatmaq məqsədi daşıdığını hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin və vəkilinin çıxışı dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345-ci məhəllə, ev-, mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydiyyata əsasən tam payla X4 məxsusdur. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli 01 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X11 ƏMDK yanında DƏDRX-in Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışa əsasən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345-ci məhəllə, ev -, mənzil 209 (yeni qaydalarla:AZ1142, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi14, M15, m4) ünvanda yerləşən, ümumi sahəsi 141 kv metr olan mənzilini 204000 (iki yüz dörd min) manat qiymətinə alıcı Paşayev X2. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzil keçmiş mülkiyyətçi və hazırki iş üzrə cavabdeh X11 tərəfindən qanunvericiliyə uyğun olaraq notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçı Paşayev X1. Müqaviləyə uyğun olaraq xx.xx.2021-ci il tarixdən etibarən mübahisəli mənzil iddiaçının tam pay üzrə mülkiyyətindədir. Lakin alqısatqı müqavilənin tam icra edilməsi üçün mühüm əhəmiyyət kəsb edən məqam, yəni əmlakın alıcının mülkiyyətinə verilməsi hissəsi isə satıcı tərəfindən icra edilməmişdir. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, cavabdeh əmlakı iddiaçının istifadəsinə və sahibliyinə verməkdən hazırki günədək boyun qaçırır və bu hal isə öz növbəsində iddiaçının, yəni əmlak üzərində tam hüquqlu mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iş üzrə irəli sürülmüş tələb tam əsaslı olduğundan təmin edilməli və cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı X3 cavabdeh X9 qarşı “cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh X11 əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345ci məhəllə, ev-, mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanından çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-141/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-141/2023
13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver