Məhkəmə qərarları › İş №8(011)-143/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-143/2025

19.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-143/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cu il tarixli qərarla icraata başladığı Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-73/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 2514.75 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X2" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1809.52 manat məbləğində borc və ödənilmiş 38.10 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü imin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2024-cü il tarixində borclu izahat verərək, borcu yalnız dekabr ayında bağlaya biləcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. İş üzrə tələbkar, icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)- 73/2024-005 nömrəli, 22 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu 2514.75 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X2" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin 22 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarı və icra sənədinin surəti 22 mart 2024cü il tarixdə Borclu göndərilmiş, borclu tərəfindən 02 avqust 2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Borclu Xətai rayon İcra şöbəsində 02 avqust 2024-cü il tarixli izahatından görünür ki, Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-73/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2469,65 manat məbləğində borc və 45,10 manat dövlət rüsumu “X2" ASC-nin xeyrinə tutulmalıdır. Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1809.52 manat məbləğində borc və ödənilmiş 38.10 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Borclu tələbkar "xxxx" ASC-yə olan borcundan 300 manat ödəniş etmiş, “X2" ASC-yə olan borcundan ödəniş etməmişdir. Mülkiyyətində əmlak yoxdur, Bolt sürücüsüdür, şirkəti olmuş, lakin fəaliyyəti dayandırılmışdır. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, borclu Zamanov X1 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-73/2024-005 nömrəli, 22 yanvar 2024-cü il tarixli və 2(034)-247/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli icra sənədlərini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-73/2024-005 nömrəli, 22 yanvar 2024-cü il tarixli və 2(034)-247/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli icra sənədləri üzrə borclu xx.xx.1985 il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədləri icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar