Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-150/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Samirə Məşədiyevanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4164/2022 nömrəli icra sənədi üzrə Tələbkar tələbindən imtinasının qəbul edilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Samirə Məşədiyeva Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4164/2022 nömrəli icra sənədi üzrə Tələbkar tələbindən imtinasının qəbul edilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4164/2022 nömrəli icra sənədi üzrə Borclu adına qeydiyyata alınmış “Mitsubishi Pajero” minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ (ikidə bir) hissədə Tələbkar və ½ (ikidə bir) hissədə Borclu payları müəyyən edilməlidir. "xxxx" ASC ilə Tələbkar arasında bağlanmış xx.xx.2020-ci il tarixli 023İAMR201330003 saylı restrukturizasiya razılaşdırılması üzrə götürülmüş kredit borcunun xx.xx.2022-ci il tarixində olan, xx.xx.2023-cü il tarixinədək ödəniləcək qalıq hissəsinin yarısı, yəni 4767,65 manat məbləğində pul vəsaiti Borclu alınıb Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xətai Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün dərhal müddət müəyyən edilmişdir. Borclu( tələbkar) Borclu xx.xx.2023-cü il tarixli ərizə ilə Xətai Rayon İcra şöbəsinə müraciət edərək Tələbkar ilə barışdığını və icra sənədinin birinci hissəsində qeyd olunan Borclu adına qeydiyyata alınmış “Mitsubishi Pajero” minik markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ (ikidə bir) hissədə Tələbkar və ½ (ikidə bir) hissədə Borclu payları müəyyən edilməsi hissəsindən imtina etdiyini, həmin hissədən heç bir tələbinin olmadığını bildirmiş və bu səbəbdən də icra sənədinə xitam verilməsini xahiş etmişdir. Tələbkar (borclu) Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə Xətai Rayon İcra şöbəsinə müraciət edərək Borclu ilə barışdığını və icra sənədinin ikinci hissəsində olan "xxxx" ASC ilə Tələbkar arasında bağlanmış xx.xx.2020-ci il tarixli 023İAMR201330003 saylı restrukturizasiya razılaşdırılması üzrə götürülmüş kredit borcunun xx.xx.2022-ci il tarixinə olan, xx.xx.2023-cü il tarixinədək ödəniləcək qalıq hissəsinin yarısı, yəni 4767,65 manat məbləğində pul vəsaiti hissəsindən imtina etdiyini, həmin hissədən heç bir tələbinin olmadığını bildirmiş və bu səbəbdən də icra sənədinə xitam verilməsini xahiş etmişdir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 4164/2022 nömrəli icra sənədi üzrə tələbkar(borclu) Tələbkar və borclu (tələbkar) Borclu tələbdən imtinasının qəbul edilməsinə və icra sənədi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanunu: 20.1. icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Tələbkar (borclu) Tələbkar və borclu (tələbkar) Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, tərəflər arasında barışıq əldə olunmuşdur və icra sənədi üzrə tərəflərin heç bir tələbi yoxdur. Bu səbəbdən də icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbkarın imtinası qəbul edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4164/2022 nömrəli icra sənədi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Tələbkar (borclu) Tələbkar və borclu (tələbkar) Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4164/2022 nömrəli icra sənədi üzrə tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4164/2022 nömrəli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova
Məhkəmə qərarları › İş №8(011)-150/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-150/2023
28.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver