Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-152/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1265/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiya edilməsi” barədə tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar (ərizəçi) Tələbkar “alimentin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1265/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən tutulan alimentin müvafiq indeksasiyasını həyata keçirərək, hər uşaq üçün 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin borcludan ərizəçinin xeyrinə tutulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1265/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, tərəflər arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2781 saylı aktla qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 analarının himayəsində saxlanılması və Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçiyə verilməsi qərara alınmışdır. Artıq uşaq 3 yaşına çatmış və müvafiq olaraq borclu hər ay ona görə 70 manat ödəmək öhdəliyindən azad edilmişdir. Həmin dövrdə məhkəmə borclunun həm də bu öhdəliyinin olmasını nəzərə alaraq, alimentin məbləğini daha az müəyyən etmişdir. Hazırda isə həmin hal aradan qalxmışdır. Tələbkar (ərizəçi) Tələbkar nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə cavabdehdən-borcludan tutulmuş aliment məbləğinin müvafiq qaydada indeksləşdirilməklə tutulmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Lakin tələbkar (ərizəçi) Tələbkar nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, buna görə də ərizəyə iştirakları olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir. Tərəflərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1265/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Borclu qarşı “nikahın pozulması, himayə və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Borclu ilə X4 arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2781 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları X1 himayəsində saxlanılmaları, Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin maddənin mənasına görə mülki-prosessual qanunvericilik məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamə əsasında pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmiş və Ali Məhkəmə tərəfindən məhkəmələrə tövsiyyə edilmişdir ki: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2025-ci il tarixindən 400 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq edilir ki, Borclu ilə X1 birgə nikahından xx.xx.2020-ci il tarixdə X6 və xx.xx.2021-ci il tarixdə X7 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1265/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdeh Borclu qarşı “nikahın pozulması, himayə və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Borclu ilə X4 arasında xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2781 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları X1 himayəsində saxlanılmaları, Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqı 01 yanvar 2023-cü il tarixindən 345 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1265/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilən 200 manat məbləğində aliment, həmin il üçün müəyyən edilmiş minumum əmək haqqının 0,57 misli həddində olduğundan, ərizə təmin edilməli, Borclu xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar (ərizəçi) Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1265/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin indeksasiya edilməsi barədə ərizəsi təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-152/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-152/2025
05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver