Məhkəmə qərarları › İş №8(011)-155/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-155/2023

14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-155/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Borclu İsmаyılоv Vüsаl Mircəlаl оğlunun, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, icraatda tərəflər arasında bağlanmış barışıq sazişinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov məhkəməyə müraciət edərək, Xətai rayon Məhkəməsinin 2(011)-3036 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, icraatda tərəflər arasında bağlanmış barışıq sazişinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu bildirdi ki, mübahisəli avtomobil satılmışdır, avtomobil hazırda sahibində - Ramiq adlı şəxsdədir, hazırda barışıq olmasını, tərəflə məbləğ barədə razılaşmışdırlar, ona 2900 manat verməlidir, bunun müqabilində heçnə istəmir. Sonda Borclu barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Xətai rayon İcra şöbəsinin icra məmuru V.V.Mahmudov bildirdi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır, şərtləri onlar tərəfindən müəyyən edilmişdir, tərəflərin hər ikisi barışıq sazişinin şərtləri ilə razılaşmışdırlar, depozitə 3500 manat pul ödənilmişdir, arada barışıq olduğuna görə icra şöbəsi hərraca dair protokolu imzalamamışdır, avtomobilin üzərində olan həbs götürülmüşdür, tələbkar ½ hissədə payından imtina etmişdir, avtomobilin kimə satılması onun üçün maraqlı deyildir. Sonda icra məmuru V.V.Mahmudov barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə Tələbkar elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işi ilə əlaqəli olaraq xx.xx.2023-cü il tarixində keçiriləcək məhkəmə prosesinə gələ bilmədiyini bildirmiş, onun iştirakı olmadan məhkəmə prosesini keçirib, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə, borclunun və icra məmurunun izahatlarını dinləyib, barışıq sazişini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin e-2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, iddia tələbi təmin edilmiş, Mеrcеdеs Bеnz C240 mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı (əvvəlki dövlət qеydiyyаt nişаnı ** RD ***) аvtоmоbil açıq hərracdan satılaraq əldə olunan vəsaitin ½ hissəsinin Tələbkar, ½ hissəsinin isə Borclu verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildirişin Borclu göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6461/2019 saylı xx.xx.2023-cü il tarixli Qərardadından görünür ki, iddiaçı Tələbkar iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizəsi təmin edilmiş, X1 adına olan "Mercedes C240" minik markalı (əvvəlki nömrəsi **-RD-*** olan), **-KB-*** dövlət nömrə nişanlı (tip-sedan, buraxılış ili 1998, Ban:WDB2020261A651937 Rəngi: boz metallik) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6461/2019 saylı, xx.xx.2019-u il tarixli qərardadı ləğv edilmişdir. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən xx.xx.2022-ci il tarixdə “borclunun əmlakının axtarılması haqqında” qərar qəbul edilmiş, İsmаyılоv Vüsаl Mircəlаl оğlunun mülkiyyətində olan Mеrcеdеs Bеnz C240 mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı (əvvəlki dövlət qеydiyyаt nişаnı ** RD ***) аvtоmоbilin barəsində axtarış elan edilməsi və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qüsur aktı”nın surətindən görünür ki, X2 aid dövlət nömrə nişanı 99KB925 olan Mercedes Benz C240 markalı avtomobili “RED Motors” servisində texniki baxışdan keçirilmişdir, ehtiyat hissələr və xidmətlər üzrə yekun 7170-dir. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xx/xx-151580/20 saylı məktubun surətindən görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai rayon Məhkəməsinin e-2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Mеrcеdеs Bеnz C240 mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı (əvvəlki dövlət qеydiyyаt nişаnı ** RD ***) аvtоmоbil açıq hərracdan satılmalı, açıq hərracdan satılaraq əldə olunan vəsaitin ½ hissəsinin Tələbkar, ½ hissəsinin isə Borclu verilməlidir, qeyd olunan icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü təmin edilməmişdir, icra sənədinin icrasını təmin etmək məqsədi ilə avtomobilin dəyəri 2000 manat olan boz metallik rəngli 1998-ci il buraxılışlı Mеrcеdеs Bеnz C240 mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı (əvvəlki dövlət qеydiyyаt nişаnı ** RD ***) аvtоmоbilin açıq hərrac vasitəsi ilə satışının təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC 31 oktyabr 2022-ci il tarixli 643686 №-li kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Tələbkar tərəfindən 100 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Xətai rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudova ünvanlanmış 380 №-li 31 oktyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-3036 saylı icra vərəqəsi və Xətai rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-151580/20 saylı sifariş məktubuna əsasən “Capital Auction” tərəfindən xx.xx.2022-ci il tarixində açıq hərraca çıxarılan ½ hissəsi Tələbkar, ½ hissəsi İsmаyılоv Vüsаl Mircəlаl оğluna məxsus Mercedes Benz c240 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair 112 saylı xx.xx.2022-ci il tarixli protokollar sonuncuya göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC Hərracın yekunları barədə 112 №-li Protokolun surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)-3036 saylı icra vərəqəsi və Xətai rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-151580/20 saylı sifariş məktubuna əsasən xx.xx.2022-ci il tarixdə hərrac keçirilmiş, ½ hissəsi Tələbkar, ½ hissəsi İsmаyılоv Vüsаl Mircəlаl оğluna məxsus Mercedes Benz c240 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil 2000 manata Tələbkar satılmışdır, protokol müqavilə qüvvəsinə malikdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, Tələbkar tərəfindən xx.xx.2022ci il tarixində Mercedes Benz c240 **-KB-*** əmlak alışı təyinatı ilə X3 1000 manat ödənilmişdir. İş materiallarında olan Tələbkar və İsmаyılоv Vüsаl Mircəlаl оğlu tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin bəndləri: “1. Cavabdeh Borclu 3500 manat pul vəsaitini iddiaçı Tələbkar ödəməklə Mercedes Benz c240 markalı **-KB-*** dövlət nömrə nişanlı (əvvəlki dövlət qeydiyyat nişanı **-RD-***) avtomobilin açıq hərracda satılmasından imtina edir və avtomobil üzərində olan bütün məhdudiyyətlərin aradan qaldırılmasına, avtomobilin adına rəsmiləşdirilməsinə razılıq verir; 2. Cavabdeh Borclu 3500 manat pul vəsaitini iddiaçı Tələbkar ödənilməsi üçün Xətai rayon icra şöbəsinin depozit hesabına köçürür; 3. Qeyd olunan 3500 manat pul vəsaiti bu barışıq sazişi təsdiq olunduqdan sonra iddiaçı Tələbkar bank hesabına köçürülür və 3500 manat pul vəsaitini aldıqdan sonra Tələbkar qeyd olunan avtomobilə dair ½ hissədə payını almış olur və avtomobilin cavabdeh İsmаyılоv Vüsаl Mircəlаl оğlunun adına rəsmiləşdirilməsinə razılıq verərək, bir daha sözügedən avtomobilə dair hər hansı iddiada olmur; 4.İcra prosesi zamanı qeyd olunan avtomobilin qiymətləndirilməsi və hərracı nəticəsində iddiaçı Tələbkar tərəfindən Xətai rayon icra şöbəsinin depozit hesabına ödənilmiş 1000 manat pul vəsaiti bu barışıq sazişi təsdiq olunduqdan sonra Tələbkar bank hesabına köçürülür və bir daha sözügedən avtomobilin qiymətləndirilməsi və ya hərracı barədə hər hansı iddiada olmur; 5. Tərəflər bəyan edirlər ki, sazişdə qeyd olunanlar öz iradələri daxilində həyata keçirilir və heç kimin gələcəkdə bu barədə bir-birlərinə qarşı hər hansı iddiada olmurlar; 6. Bu barışıq sazişi məhkəmə qaydasında təsdiq olunduqdan sonra eyni zamanda sazişdə qeyd olunan avtomobilə dair müddəaların icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi üçün əsasdır; 7. Bu barışıq sazişi təsdiq olunduqdan və sazişdə qeyd olunanlar icra olunduqdan sonra Xətai rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-3036 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icraata xitam verilir; 8. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 2 səhifədən, 3 nüsxədə tərtib olunur və imzalanır. Tərəflərin hər birinə 1 nüsxə verilir. 1 nüsxə Xətai rayon İcra şöbəsinə verilir ki, Xətai Rayon Məhkəməsinə təsdiq olunması üçün göndərilsin.“ kimi qeyd edilmişdir. Belə ki iş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin e-2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə Mеrcеdеs Bеnz C240 mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı (əvvəlki dövlət qеydiyyаt nişаnı ** RD ***) аvtоmоbilin açıq hərracdan satılması, açıq hərracdan satılaraq əldə olunan vəsaitin ½ hissəsinin Tələbkar, ½ hissəsinin isə Borclu verilməsi qərara alınmışdır, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir, xx.xx.2022-ci il tarixdə Xətai rayon İcra şöbəsi "xxxx" MMC-yə müraciət edərək, Xətai rayon Məhkəməsinin e-2(011)-3036/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Mеrcеdеs Bеnz C240 mаrkаlı ** KB *** dövlət qеydiyyаt nişаnlı (əvvəlki dövlət qеydiyyаt nişаnı ** RD ***) аvtоmоbilin açıq hərrac vasitəsi ilə satışının təmin edilməsini xahiş etmişdir, həmin sifariş məktubuna əsasən, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə hərrac keçirilmiş, hərrac nəticəsində mübahisəli avtomobil 2000 manata Tələbkar satılmışdır, bu barədə hərracın yekunları barədə eyni tarixli protokol tərtib olunmaqla, Tələbkar tərəfindən, digər tərəfə verilməli olan 1000 manat icra şöbəsinin depozit hesabına ödənilmişdir. Məhkəmə qeyd edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)- 3036 saylı icra vərəqəsinə və Xətai rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx- 151580/20 saylı sifariş məktubuna əsasən, 31 oktyabr 2022-ci il tarixdə hərrac keçirilmiş, hərracın yekunları barədə protokol tərtib olunmaqla mübahisəli avtomobil Tələbkar satılmış, Tələbkar tərəfindən 1000 manat məbləğ icra şöbəsinin depozit hesabına köçürülmüş, bununla da, icra vərəqəsi üzrə icra işi tamamlanmaqla, məhkəmə qətnaməsi icra edilmişdir. Bununla belə, tərəflər arasında bağlanmış sazişdə cavabdeh Borclu avtomobilin açıq hərracda satılmasından imtina etməsi (sazişin 1-ci bəndi) bəndi qeyd edilmiş, habelə sazişin digər bəndləri, 1-ci bəndin yerinə yetirilməsindən asılı edilmiş, avtomobilə dair keçirilmiş hərracın etibarlılığı isə mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, barışıq sazişi ilə tərəflər arasında razılaşdırılmış şərtlər, icra edilmiş məhkəmə qətnaməsindən imtina edilməsini ehtiva etdiyindən, keçirilmiş hərrac, habelə onun nəticələri isə hazırda qüvvədə olduğundan xx.xx.2023-cü il tarixli barışıq sazişinin bəndləri məhkəmə tərəfindən təsdiq edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-3036 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli barışıq sazişinin bəndlərinin təsdiq edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar