Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-157/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5672/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Tural Rəhimovun təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5672/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbini tam etməmiş 2023-cü ilin ilin yanvar ayı daxil olmaqla 980 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən təqdimatda Borclu Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardadın çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə icra məmuru və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu polis vasitəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5672/2021-012 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Xətai Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərarın icrası Xətai Rayon Polis İdarəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-157/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-157/2023
13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver