Məhkəmə qərarları › İş №8(011)-160/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-160/2022

29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-160/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun-icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “əmlak üzərinə həbs qoyulması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1458/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 1270,4 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 10 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Tofaş Doğan” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İş üzrə Tələbkar Sığorta Şirkəti ASC şöbəyə 12 fevral 2021-ci il tarixli ərizə ilə müraciət edərək, borclunun hər hansı əmlakı aşkar edildiyində zəruri tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın rədd edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, Xətai rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1458/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 1270,40 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, “Tofaş Doğan” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “Tofaş Doğan” minik markalı, **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “Tofaş Doğan” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar