Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-161/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı X2 cavabdehlər X7, X4, X11, X22, X12, X16, X10, X13, X17, X3. X14, X18, X19 və X8 qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması” tələbinə dair mülki iş üzrə X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4187/2022 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 nümayəndəsi və vəkili X20– qətnamənin icra olunması üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(011)-4187/2022 saylı qətnaməsinə ətraflı izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(011)-4187/2022 saylı mülki iş üzrə Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmiş və iddia tələbi təmin edilmişdir. ünvan 1 ünvanda yerləşən nümayəndəsi olduğu X2 istifadəsində və mülkiyyətində olan sahəsi 61,0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. İş hazırda icraya Xətai rayon icra şöbəsinə göndərilmişdir. Lakin eyni bina üzrə sakin X5 iddiası üzrə Xətai rayon məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2 (011)-999/2022 saylı qətnaməsi də icraya Xətai rayon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilən zaman publik hüquqi şəxsin əməkdaşları tərəfindən hüquqi şəxsin üzərinə onun fəaliyyəti ilə bağlı hər hansı öhdəliyin qoyulması tam izah olunmaması səbəbindən icra sənədinin tezliklə geri qaytarılacağı bildirilmiş və icrasız geri qaytarılmışdır. Ərizəçi bildirir ki, onunla eyni banada fərqli mənzilin mülkiyyətçisi X15 məhkəməyə müraciət edərək həmin qətnaməyə izah verilməsi ilə bağlı xahiş etmişdir və ərizə təmin edilərək qətnaməyə izah verilmişdir. İzahda qeyd edilmişdir ki, Xətai rayonu Rahib Məmmədov küçəsi ev 3 ünvanda yerləşən X5 mülkiyyətində və istifdəsində olan mənzilin onun payına uyğun olaraq naturada ayrılması ifadəsi həmin binadakı həmin mənzilə dair AR ƏMDK yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını əhatə etdiyinə dair Xətai rayon məhkəməsinə izah verilməsi barədə həmin qətnaməyə izah verilsin. Bu səbəbdən də ərizəçi eyni bina üzrə gələcəkdə 2 (011)- 4187/2022 saylı mülki iş üzrə Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi də icrasız geri qaytarılmaması üçün həmin qətnaməyə izah verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X20 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Borclulara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4187/2022 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən X2 istifadəsində və mülkiyyətində olan sahəsi 61.0 metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4187/2022 saylı qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4187/2022 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən X2 istifadəsində və mülkiyyətində olan sahəsi 61,0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılmışdır. Məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin “AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********41-10301 saylı reyestrli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə X6 məxsus 2 otaqlı hissəsinin ayrılaraq X6 ayrıca çıxarış verilməsi başa düşülməsi” barədə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4187/2022 saylı qətnaməsinə - AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********41-10301 saylı reyestrli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə X6 məxsus 2 otaqlı hissəsinin ayrılaraq X6 ayrıca çıxarış verilməsi başa düşülməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-161/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-161/2023
01.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver