Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-164/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 18 fevral 2022-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-736/2022 saylı, 07 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2570 manat məbləğində pul vəsaiti və 47.72 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu təqdim edilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(011)- 736/2022 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 18 fevral 2022-ci il tarixdə qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş Borclu ünvanına göndərilmişdir. “Elektron icra” informasiya sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Borclu mülkiyyətində olan “VAZ 21154” minik markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmiş, lakin həmin avtomobilin yerini müəyyən etmək mümkün olmamışdır. 10 mart 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli 8(011)- 254/2022 saylı qərardadı ilə Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına əsasən Borclu məxsus olan “VAZ 21154” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. 13 aprel 2022-ci il tarixdə borclunun yaşayış yerinin dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında akt tərtib edilmiş, akt əsasında borclunun ünvan 1 ünvanında olmadığı aşkarlanmışdır. Həmin tarixdə də Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. 23 yanvar 2023-cü il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən Borclu izahatı alınmış, o, izahatında borcunu ödəməkdən imtina etmədiyini bildirmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, icra məmuru tərəfindən Borclu məxsus əmlakların olub-olmaması araşdırılmış, borcluya məxsus bir avtomobilin olması müəyyən edilmişdir. Daha sonra icra məmurunun təqdimatı əsasında məhkəmənin qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin avtomobil 03 iyun 2020ci il tarixdə Borclu adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyindən qərarın icrası mümkün olmamışdır. İcra məmuru tərəfindən görülmüş bütün tədbirlər nəticə etibarı ilə səmərə verməmişdir. Beləliklə, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, tələbin yönəldilə biləcəyi borcluya məxsus olan hər hansı əmlakın olmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. 12 avqust 1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-164/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-164/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver