Məhkəmə qərarları › İş №8(011)-164/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-164/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-164/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar, Borclunun vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov Borclu məxsus “Peugeot 407” minik markalı, ** NY *** dövlət qeydiyyat nişanlı və “İnfiniti QX60” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 199/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 10150 manat və 64,98 manat dövlət rüsumu borcludan tutularaq tələbkara ödənilməlidir. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 106,02 manat hissəsi Tələbkar aid edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Borclu aid edilməlidir. 100 manat ekspertiza xərci rüsumu Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvan 1 ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Peugeot 407” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı və “İnfiniti QX60” minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Tələbkar məhkəmə iclası zamanı bildirdi ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra borclu onu aldadaraq pulun ödənilməsi məqsədilə barışıq sazişi bağlayacağına inandırmışdır. Borclunun vəkili və nümayəndəsi məhkəmə iclasında bildirdi ki, tərəflər arasında qətnamənin icrası ilə bağlı barışıq sazişi bağlanmışdır. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Belə ki, icra vərəqəsinin verilməsinə əsas olmuş icra sənədi üzrə mübahisə yaranmışdır. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-199/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ilkin iddia tələbinin qismən təmin edilərək, 10150 manat və 64,98 manat dövlət rüsumunun Borclu tutularaq Tələbkar ödənilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 106,02 manat hissəsinin Tələbkar aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Mülki iş üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonra xx.xx.2023-cü il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmış, barışıq sazişinin şərtlərinə əsasən tələbkar Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-199/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasından imtina etməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Tələbkar sözügedən barışıq sazişinin borclu tərəfindən aldadılaraq imzalanmasını əsas gətirərək Bakı şəhəri 6 saylı Notariat Ofisində bağlanmış 3 noyabr 2023-cü il tarixli “barışıq razılaşması haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi icraata götürülərək iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə qeyd edir ki, məhkəmə qətnamələrinin icrası ilə əlaqədar məhkəməyə verilmiş təqdimatlar üzrə icraatın dayandırılması mümkün olmadığından, lakin, tərəflər arasında məhkəmə qətnaməsinin icra olunmaması barədə barışıq sazişi olduğundan, həmin barışıq sazişi isə tələbkar tərəfindən mübahisələndirildiyindən hal-hazırda borclunun əmlakı üzərinə həbs qoyula bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar