Məhkəmə qərarları › İş №8(011)-166/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-166/2024

20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-166/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov təqdimatla məhkəməyə müraciət edərək, borclu "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 02 iyun 2020-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-7444/2019-006 nömrəli, 29 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxxx 1959-cu ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbəri Borclu 206.500 ABŞ dolları, 30 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 02 iyun 2020-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu "xxxx" Mənzil-Tikinti Kooperativinə göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, icra məmuru hazırkı təqdimatda "xxxx" Mənzil- Tikinti Kooperativinin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etsə də, iş materialları əsasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Borclu "xxxx" MMC-nin rəhbəridir. Məhkəmə tərəfindən tədqiq edilmiş təqdimatın materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MTK-dan 206.500 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən 02 iyun 2020-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişin surəti borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. İcra məmuru tərəfindən 07 noyabr və 13 noyabr 2023-cü il tarixlərdə "xxxx" MMC-nin direktoru Borclu xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016cı il tarixli icra sənədləri üzrə 16 noyabr 2023-cü il tarixdə icra məmuru Vüsal Umarov tərəfindən tərəfin hüquq varisi ilə əvəz edilməsi haqqında qərarlar qəbul edilmiş, həmin qərarlara əsasən "xxxx" MTK Borclu ilə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru yuxarıda qeyd edilən 16 noyabr 2023-cü il tarixli qərarları qəbul etməzdən əvvəl Borclu 07 noyabr və 13 noyabr 2023-cü il tarixlərdə xəbərdarlıq etmişdir. İcra məmuru Borclu həmin qərarlardan şikayət vermə imkanını yaratmadan və sonuncu tərəfindən sözügedən qərarların mübahisələndirildiyini bilə-bilə hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Nə qədər ki, hazrıkı mərhələdə icra məmurunun sözügedən qərarları mübahisələdirilir, hazırkı təqdimat təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun borclu "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbəri Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar