Məhkəmə qərarları › İş №8(011)-168/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-168/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-168/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1, İcra məmuru Mehdi Zeynalovun iştirakları ilə, İcra məmuru Mehdi Zeynalovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə X1 şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X3 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5364/2020 saylı qəbul edilmiş qətnaməsinin və qanuni qüvvəsini almış qərarın icra sənədi üzrə icra məmuru Mehdi Zeynalovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, S.Novruzovanın əri X4 Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X8 qarşı onların mülkiyətində olan, Xətai rayonu, Əbilov küçəsindəki N hərbi hissənin yaxınlığında olan fərdi yaşayış evinin layihələşdirilməsinin həyata keçirilməsinə maneçilik törətməmək vəzifəsinin həvalə edilməsini xahiş etmişdir. 03 noyabr 2020-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-5364/2020 saylı qətnamə çıxarılaraq Bakı şəhəri Xətai rayonu, Əbilov küçəsindəki N hərbi hissənin yaxınlığında olan fərdi yaşayış evinin tikintisi ücün ayrılmış və iddaçıya məxsus 0.3 sot torpaq sahəsində inşa etdiyi layihələşdirilməsinin həyata keçirilməsinə maneə törətməmək vəzifəsinin cavabdeh X6 üzərinə qoyulması qət etmişdir. Lakin əri X11 19 dekabr 2020-ci il tarixdə vəfat edib. S.Novruzova Xətai Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(011)-5364/2020 saylı qətnaməsinin icrası əlaqədar 2 dəfə Xətai rayon İcra şöbəsinə müraciət edərək, əri X7 hüquqi varisi kimi qəbul edilməsini xahiş etmişdir. Lakin ərizələrinə rəsmi cavab verilməyib. Nümayəndəsi dəfələrlə icra şöbəsində icraçı Mehdi Zeynalovun yanında olmağına baxmayaraq, icraçıdan Xətai Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(011)-5364/2020 saylı qətnaməsinin icra edilməsini və onu hüquqi varisi kimi tanınmasını xahiş və tələb etsə də buna nail ola bilməmişdir. Bununla əlaqədar məhkəməyə müracət edərək 08 avqust 2022-ci il tarixli qərardadla X7 hüquqi varisi kimi tanınaraq Xətai Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(011)-5364/2020 saylı qətnaməsinin icrası ona həvalə edilmişdir. Həmin vaxtdan saysız-hesabsız dərəcədə şəxsən, Mehdi Zeynalova icra şəbəsində müraciət edərək tələb etsə də, buna nail ola bilməmişdir. İcra məmuru cürbəcür bəhanələrlə vəzifəsini icra etməkdən qərəzli olaraq yayınırdı. Bununla əlaqədar bir neçə dəfə layihələşdirilmə bürosunun əməkdaşları ilə qətnamənin icrası ilə əlaqədar ünvana da getmişlər, lakin yenə də icraçı bəhanə gətirərək qətnaməni icra etməyib. Evi layihələşdirilmə zamanı icraçı orada olaraq qətnamənin icrasını təmin edərək, X6 maneçilik törədilməsinin qarşısını almalı idi. Bunların əvəzinə lazımsız olaraq X6 məcburi gətirilməsi barədə qərar qəbul edib. Belə çıxır ki, cavabdehi məcburi gətirərək borclunun tələbkara mane olmasının qarşısını alır. Məhkəmə iclasında izahat verən tələbkar S.Novruzova şikayətin təmin edilməsini və icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Xətia rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov şikayətin təmin edilməməsini xahiş etmişdir. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarından və təqdim edilmiş icra işindən görünür ki, Xətai Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(011)-5364/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, N saylı hərbi hissənin yaxınlığında fərdi yaşayış evinin tikintisi ücün ayrılmış və iddaçıya məxsus 0.3 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin layihələşdirilməsinin həyata keçirilməsinə maneə törətməmək öhdəliyinin cavabdeh X6 üzərinə qoyulması qət etmişdir. 19 dekabr 2020-ci il tarixdə tələbkar X11 vəfat etmişdir. İcra məmuru tərəfindən 12 yanvar 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildirişin surəti borclunun icra vərəqində qeyd olunan ünvanına göndərilmişdir. Daha sonra X9 ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək X7 hüquqi varisi kimi tanınmasını xahiş etmiş, Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(011)-5364/2020 saylı qərardadı ilə X2 Mehdixan Xoca oğlunun hüquqi varisi kimi tanınaraq iş üzrə iddiaçı olaraq əvəz edilmişdir. 19 iyun 2023-cü il tarixdə icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi üçün təkrarən borcluya bildiriş göndərilmişdir. 31 iyul 2023-cü il tarixdə icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilmədiyindən, icra məmuru 23 avqust 2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 8(011)-702/2023 saylı qərardadı ilə təqdimat təmin edilərək borclu X6 Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Sözügedən qərardad qanuni qüvvəsini almış, icra olunması üçün müvafiq quruma göndərilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərdən keçirərək, şikayət ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq belə hesab edir ki, icra məmuru Mehdi Zeynalov tərəfindən icra hərəkətləri ardıcıllıqla həyata keçirildiyinən tələbkarın şikayəti əsassız hesab edilməlidir. Odur ki, şikayət rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 - icra məmuru Mehdi Zeynalovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar