Məhkəmə qərarları › İş №8(011)-17/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-17/2023

09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-17/2023 09.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə iddiaçı X12 cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzildə iddiaçı X6 və övladları X7, X11, X8 və X9 istifadə hüquqlarının tanınması, ödənilmiş dövlət rüsumuna görə 110 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdehlərdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs2 cavabdeh X10 qarşı qarşılıqlı iddia üzrə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən azyaşlı uşaqları ilə birlikdə çıxarılması və qarşılıqlı iddia üzrə iddiaçının həmin mənzilə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə iddiaçı X5, X2, X3, X4 və X9 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 35 saylı evin 42 saylı mənzilindən istifadə hüquqları müəyyən edilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı X12 ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi əsas olması məsələsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti, ev 35, mənzil 42-də istifadə hüquqların tanınması iddiası ilə İş № 2(011)-3860/2022 xx.xx.2022-ci il tarixdə işə baxılaraq yekun hissədə istifadə hüquqların olması müəyyən edilməsi barədə Qətnamə və düzəliş Qərardadı qəbul edilmiş və icra edilməsi üçün Xətai rayon Polis İdarəsinə göndərilmişdir. Xətai rayon Polis İdarəsində İstifadə hüququn olması əsasən yaşayış mənzilə qeydiyyat dəyişdirilmə ilə bağlı rəy verilmiş icra üçün 6 saylı Asan xidmətə göndərilmiş sənədlər 9 dekabrda qəbul edilmiş lakin 20 dekabrda Baş Paspoert Qeydiyyat və Miqrasiya İdarəsi (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd kimi əsas olması ) Qətnamənin nəticə hissəsinin izaha ehtiyac olması bildirərək izah Qərardadı qəbul edilənə qədər icranı dayandırılmışdır. Ərizəçi MPM 230-cu maddəsinə əsasən qətnaməyə izah qərardadın qəbul edilməsinin xahiş edir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin onların hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır, buna görə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən maddəsi aydın və dəqiq olmayan, həmçinin ziddiyyətli qətnamənin icrası zamanı yaranmış çətinliklərin aradan qaldırılması məqsədini daşıyır. Belə hallarda hakim, artıq elan edilmiş qətnamənin məzmunu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, hazırki mülki iş üzrə qətnamədə aydın və dəqiq olmayan, o cümlədən ziddiyyətli hissələrin mövcud olması müəyyən edilmədiyindən, qətnamənin izah edilməsinə zərurət yoxdur. Digər tərəfdən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyata alınma üçün əsas olan sənədlər şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin şəxsin yaşayış yeri üzrə qeydiyyata alınma qaydası və qeydiyyat üçün əsas olan sənədlərin dairəsinin müəyyən edilməsi inzibati hüquq sahəsinə aid olduğundan qeyd edilən məsələyə münasibət bildirilməsi ümumi məhkəmələrin səlahiyyətində deyil. Odur ki, ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar