Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-173/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə Ərizəçi “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3137/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin izah olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (011)-3137/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsi borcun silinməsi tələbinə dair 2(011)-3137/2019 saylı mülki iş üzrə qətnamə qəbul etmişdir. Lakin qətnamə aydın deyil. Belə ki, X4 məhkəməyə müraciət edərək 1944 manat borcun silinməsi, sayğac dəyərinə görə hesablanmış 235,88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3137/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin qətnamədə mübahisələndirilən ******* nömrəli, xx.xx.2018-ci il tarixli akt üzrə və ümumilikdə **********20000 istehlakçının hesabı üzrə cəmi 972 manat borc mövcud olmuşdur. İstehlakçının bundan əlavə borcu olmamışdır. Qətnamədə isə 1944 manat borcun silinməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3137/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanı (Abonent kodu: **********20000) üzrə X2 hesablanmış 1944 manat məbləğində borcun silinməsi, ünvan 1 ünvanı üzrə X2 qaz sayğacının dəyərinə görə hesablanmış 235,88 manat məbləğində borcun silinməsi, 30 manat məbləğində dövlət rüsumunun “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə ərizəyə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş matеriallarını nəzərdən kеçirib bеlə hеsab еdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. Yuхarıda qеyd olunanlara əsasən və Azərbaycan Rеspublikasının Mülki Prosеssual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3137/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-173/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-173/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver