Məhkəmə qərarları › İş №8(011)-174/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-174/2023

14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-174/2023 14.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1129/2016 nömrəli, 08.01,2016-cı il tarixli icra sənədinə əsasən Borclu 398 ABŞ dolları əsas borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5358/2021-009 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu qətnamənin təsviri hissəsində qeyd edilmiş cehiz əşyaları (məişət əşyaları) alınaraq Tələbkar verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5358/2021-009 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Bərdə Rayon Məhkəməsinin 2(021)-1184/2015 saylı, 27 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən 26 oktyabr 2012-ci il təvəllüdlü X1 və 23 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Borclu 20 manat dövlət rüsumu dövlət büdcəsinə tutulmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1007/2022-013 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 28 yanvar 2021-ci il tarixli nisyə satış müqaviləsinə əsasən 71 (yetmiş bir) manat əsas, 10.65 (on manat altmış beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 81.65 (səksən bir manat altmış beş qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat Borclu alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il, xx.xx.2022ci il,xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. Borclu icra sənədlərinin tələbini hazırki dövrədək təmin etməmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin tələbkarın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1129/2016 saylı 08 yanvar 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93, mənzil 19 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş Borclu nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 346 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi gün üçün məcmu borcun 1%-i həcmində 52 ABŞ dollarıp cərimə, cəmi 398 ABŞ dolları borc tutulduğu vaxt manata məzənnə ilə və 20 manat dövlət rüsumu tutularaq Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 29 ünvanında yerləşən "xxxx" MMC-yə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1129/2016 saylı 08 yanvar 2016-cı il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin surəti xx.xx.2019-cu il tarixdə Borclu göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 5358/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu qətnamənin təsviri hissəsində qeyd edilmiş cehiz əşyaları (məişət əşyaları) alınaraq iddiaçı Tələbkar verilməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 936/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1184/2015 saylı, 27 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən 26 oktyabr 2012-ci il təvəllüdlü X1 və 23 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin surəti Borclu göndərilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1129/2016 saylı 08 yanvar 2016-cı il tarixli, 2(011)-936/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(011)-5358/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-1129/2016 saylı 08 yanvar 2016-cı il tarixli, 2(011)-936/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(011)-5358/2021 nömrəli və xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclu xx.xx.1993-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar