Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-175/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Kia Rio” minik markalı, **-DG-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon İcra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4017/2021 saylı, 02 iyun 2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1830 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasının təmin tədbiri olaraq Xətai Rayon Məhkəməsinin 8(011)-26/2022 saylı 17 yanvar 2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Kia Rio” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Xətai Rayon Məhkəməsinin 2(011)-4017/2021 saylı, 02 iyun 2021-ci il tarixli icra sənədi üzrə Tələbkar MMC ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş Borclu 1830 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar MMC-yə ödənilməsinə dair 2(011)-4017/2021 saylı, 02 iyun 2021-ci il tarixli icra sənədi tələbkar tərəfin 27 yanvar 2022-ci il tarixli məktubu ilə icra haqqında AR qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-26/2022 saylı 17 yanvar 2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “Kia Rio” markalı, **-DG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. “İcra haqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin Xİİİ fəslində 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4017/2021 saylı, 02 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu qətnamə ilə nəzərdə tutulan borc məbləğini tələbkara tam ödədiyindən, yəni icra sənədi icra edildiyi üçün iddianın təmin edilməsinə dair görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Belə ki, təqdimat təmin edilərək Borclu məxsus “Kia Rio” markalı, **-DG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-26/2022 saylı 17 yanvar 2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Kia Rio” markalı, **-DG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-175/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-175/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver