Məhkəmə qərarları › İş №8(011)-177/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-177/2023

10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-177/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi Tələbkar MMC-nin nümayəndəsi X2 X1 iştirakı ilə X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5961/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5961/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 1498 manat əsas borc, 149 manat cərimə borcu olmaqla, ümumilikdə 1647 manat məbləğində borc və ödənilmiş 36,47 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra borclu X6 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5961/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1498 manat əsas borc, 149 manat cərimə borcu olmaqla, ümumilikdə 1647 manat məbləğində borc və ödənilmiş 36,47 manat dövlət rüsumunun hissə-hissə ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında borclu X6 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5961/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 1498 manat əsas borc, 149 manat cərimə borcu olmaqla, ümumilikdə 1647 manat məbləğində borc və ödənilmiş 36,47 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Maddi vəziyəti ilə əlaqədar borcunu vaxtı-vaxtında ödəyə bilməmişdir. Hazırda isə heç bir yerdə işləmədiyini və borcu tam ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5961/2022 nömrəli qətnaməsinə əsasən 1498 manat əsas borc, 149 manat cərimə borcu olmaqla, ümumilikdə 1647 manat məbləğində borcun və ödənilmiş 36,47 manat dövlət rüsumunun hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar MMC-nin nümayəndəsi X4 ərizəni qəbul etməyərək etirazında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5961/2022 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 1498 manat əsas borc, 149 manat cərimə borcu olmaqla, ümumilikdə 1647 manat məbləğində borc və ödənilmiş 36,47 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədi üzrə öz borcunu icra etməmiş və bu günə qədər icra sənədi üzrə yalnız 100 manat məbləğində ödəniş etmişdir. Odur ki, tələbkarın nümayəndəsi borclunun borcunu icra etməkdən yayınmasını nəzərə alaraq, hazırki hissəhissə barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası : 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 231.1. işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.4. qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və ərizəyə əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5961/2022 nömrəli qətnaməsinə əsasən 1498 manat əsas borc, 149 manat cərimə borcu olmaqla, ümumilikdə 1647 manat məbləğində borcun və ödənilmiş 36,47 manat dövlət rüsumunun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkar borcun hissəhissə ona ödənilməsinə razı olmadığından, bunlarla yanaşı borclu bugünkü günə qədər icra sənədi üzrə çox cüzi ödəniş edərək, borcun icrasından aşkar şəkildə yayındığından ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5961/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 1498 manat əsas borc, 149 manat cərimə borcu olmaqla, ümumilikdə 1647 manat məbləğində borcun və ödənilmiş 36,47 manat dövlət rüsumunun hissə-hissə ödənilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar