Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-177/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi İcra məmuru Kəmalə Həsənovanın iştirakı ilə, X11 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin (icraçı Kəmalə Həsənova) və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin (icraçı Sevinc Qurbanova) hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(01 1)-1160/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsini vaxtında və düzgün icra etməməklə yəni, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi. ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə ½ hissədə paylarımın dövlət tərəfindən tanınmaqla dövlət qedyiyyatına alınmasının (çıxarış verilməsinin), eləcə də dövlət rüsumu qismində ödənilmiş 50 manat və mediasiya xərci kimi 50 manat olmaqla, cəmi 100 manat pul vəsaitinin borclu X3 alınaraq mənə ödənilməsini təmin etməməklə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın və Nərimanov rayon icra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilsin və "icra məmurları haqqında” AR Qanunun və “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olaraq Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 05.2023-cü il tarixli, 2(01 1)-1160/2023 saylı icra sənədinin (qətnaməsinin) vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi vəzifəsinin icra edilməsini Bakı şəhəri Xətai rayon icra şöbəsinin və Nərimanov rayon icra şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) xx.xx.2023-cü il tarixli, 2(01 1)-1 160/2023 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə X5 və X9 ½ hissədə payları müəyyən olunmuş və dövlət rüsumu qismində ödənilmiş 50 manat və mediasiya xərci kimi 50 manat olmaqla, cəmi 100 manat cavabdeh X3 alınaraq iddiaçı X10 ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və xx.xx.2023cü ıl tarixdə qətnamə icra edilməsi üçün aidiyyəti üzrə müvafiq olaraq Bakı şəhəri Xətai rayon və Nərimanov rayon icra şöbələrinə göndərilmişdir. Xətai rayon icra şöbəsinin (icra məmuru Kəmalə Həsənova) qərarı ilə icra icra sənədi üzrə icraata başlanılmış, Nərimanov rayon icra şöbəsinin qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və həmin icra şöbəsinin icra məmuru Sevinc Qurbanova tərəfindən icra sənədinin icra edilməsi yəni Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu. A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə X5 və X9 ½ hissədə payları müəyyən olunması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Daha sonra X2 Həsən Sərdar oğluna qarşı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birlikdə paylı mülkiyyətlərində olan, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi. ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu. A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə olan ½ hissədə paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə iddianın təmin tədbiri kimi mübahisə başa çatana kimi həbs qoyulmasını və ya mənzillər üzərində hüquqi sərəncamverici hərəkətlərin aparılmasının cavabdehə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)- 294/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş. Bakı şəhəri. Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilin özgəninkiləşdirilməsi maraqlı şəxs X10 qadağan edilmiş, qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilmişdir. Sonradan mən də sözügedən əmlakların paylı mülkiyyətçisi kimi mənzillərdəki paylarımın naturada ayrılmasını və ümumi əmlakdan (mənzillərdən) payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda. Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzillərin paylı mülkiyyətçiləri X9 və X5 arasında onların həmin mənzillərə olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölünməsini tələb etməklə X6 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüş və ilkin iddia ilə birlikdə baxılmaqdadır. Daha sonra verdiyim ərizə əsasında Nərimanov Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-16(005)-294/2023 nömrəli yeni qərardad (əlavə olunur) qəbul edərək Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilin özgəninkiləşdirilməsinə dair mənə qoyulmuş qadağanı ləğv etmişdir. Daha sonra qanuni qüvvəyə minmiş qətnamə əsasında Bakı şəhəri, Xətai rayonu. Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri. Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23də yerləşən 57 saylı mənzilə !4 hissədə paylarının dövlət tərəfindən tanınmaqla dövlət qedyiyyatına alınması üçün daha dəqiq desək həmin paylarının özgəninkiləşdirmək deyil, özününküləşdirmək məqsədilə mülkiyyətimə keçirilməsində (çıxarış alınmasında) köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdim. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi həm bizim müraciətimizə həm də qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnamənin icrası ilə bağlı müvafiq olaraq Bakı şəhəri Xətai rayon və Nərimanov rayon icra şöbələrinin göndədiyi icra sənədinə cavab olaraq bildirmişdir ki, qeyd olunan daşınmaz əmlakların üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(005)-294/2023 nömrəli qərardadı əsasında qadağa qoyulduğundan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) xx.xx.2023-cü il tarixli, 2(011)-1160/2023 saylı qətnaməsinin icrası mümkün deyildir, qadağanın ləğvi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı rəsmi qaydada Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə icra vərəqəsinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. X1 qərardaddan şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin 28.11 2023-ci il tarixli, e-16(005)- 294/2023 nömrəli qərardadının tam ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 01.2024-cü il tarixli 16(103)-2/2024 saylı qərardadı ilə X7 tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli. 2-16(005)-294/2023 nömrəli qərardadı ləğv edilmiş və Nərimanov Rayon Məhkəməsinin e-16(005)-294/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının qüvvədə qalması müəyyən edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirə ki: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Kəmalə Həsənova və Nərimanov rayon icra şöbəsinin icra məmuru Sevinc Qurbanova Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(01 1 )-1160/2023 saylı icra sənədi (qətnaməsi) ilə bağlı hərəkətsizliyi qanunsuzdur və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(005)-294/2023 nömrəli qərardadı mövcud olsa da belə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1160/2023 saylı qətnaməsinin icra edilməməsi üçün əsas verə bilməz. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd olunan daşınmaz əmlakların Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(005)-294/2023 nömrəli qərardadı əsasında X10 münasibətdə özgəninkiləşdirilməsinə qadağa qoyulduğundan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) xx.xx.2023-cü ıl tarixli, 2(011)-1 160/2023 saylı qətnaməsinin icrasının mümkün olmadığını əsas gətirərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsi sözügedən qətnamənin icrası ilə əlaqədar məcburi olan icra məmurunun tələblərini yerinə yetirməmiş və nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka olan pay hüquqlarımın qeydiyyatının aparılmasından əsassız və qanunsuz olaraq imtina etmişdir. Əvvəla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsi sözügedən mənzillərin paylı mülkiyyətiçisinin məhkəmə qərarı əsasında müəyyən edilmiş pay hüquqlarının qeydiyyatının aparılması ilə mənzillərin özgəninkiləşdirilməsinin (kirayə verilməsi, girov qoyulması, satılması və s.) qadağan edilməsinin fərqli anlayış (prosedur) olduğunu çox təəssüf ki, başa düşmür və ya başa düşmək istəmir. Belə ki, Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Əmlak üzərində sərəncam vermək hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (bax. AR Mülki Məcəlləsinin 152.4-cü maddəsi). Göründüyü kimi sərəncam dedikdə mülkiyyətçi tərəfindən əmlakın hüquqi müqəddəratının təyin edilməsi başa düşülür. Bu. əmlakın özgəninkiləşdirilməsi, kirayə verilməsi, girov qoyulması və s. üsullarla ola bilər. Hazırki halda isə məhkəmə əmlakın üzərinə həbs qoymamaqla özgəninkiləşdirməni qadağan etmiş, başqa sözlə mənim həmin mənzillərə dair müəyyən olunmuş paylarımın mülkiyyətçi kimi dövlət tərəfindən qeydiyyata alınmasını və tanınmasını qadağan etməmişdir. Bununla yanaşı qeyd edirəm ki, pay hüququnun qeydiyyatının aparılması paylı mülkiyyətçinin mənzilə dair payına sərəncam verilməsi anlamını yəni, öz payını özgəzinin adına qeydiyyata aldırmasını ehtiva etmir, əksinə payı müəyyən olunmuş şəxs öz payının mülkiyyətçisi kimi tanınmasını ehtiva edir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Digər tərəfdən paylı mülkiyyətçi qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuş payını mülkiyyətçi kimi tanıtdırdıqdan sonra, başqa sözlə sözügedən mənzillərin paylı mülkiyyətçisi kimi subyektiv hüququ olduqdan sonra həmin şəxs daşınmaz əmlakın özgəninkiləşdirilməsinə reallaşdıra bilər. Belə olan halda şəxs paylı mülkiyyətçi kimi əvvəlcə subyektiv hüquqa malik olmalıdır ki, sonra ona daşınmaz əmlakın mülkiyyəçısi kimi əmlakı özgəninkiləşdirsin. Bütün bunlara baxmayaraq 1 saylı Bakı Ərazi İdarəsi hesab edir ki, icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən olunmuş payın dövlət qeydiyyatına alınmasına mane olan və həmin əmlakın özgəninkiləşdirilməsini qadağan edən digər məhkəmə aktını əsas gətirərək bu 2 termini, proseduru eyniləşdirməklə dolayısı ilə bir məhkəməni digər məhkəmənin qanuni qüvvəyə minmiş icrası məcburi olan qətnaməsinin icrasına mane olmaqda ittiham edir və nəticə etibarı ilə X11nu özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum edir. Belə ki, X11 sözügedən mənzillərə dair müəyyən olunmuş paylarının digər paylı mülkiyyətçinin payından naturada ayrılmasını, bu mümkün olmadıqda isə (həqiqətdə də mümkn deyil) həmin payının hərrac vasitəsilə satışa çıxarılmasını və satışdan əldə olunan pul vəsaitinin öz payına mütənasib bölünərək ona verilməsi barədə iddiasının subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilməsinə gətirib çıxarır və bununla da mənim konstitusion hüquqlarımı pozmaqla qanunsuz olaraq məni mülkiyyətimdən məhrum edir. AR Mülki Məcəlləsinin 1 39-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin, qanunvericilikdə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu açıq-aşkar qeyd edilməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qanunun bu tələblərini kobud şəkildə pozmaqla qanunsuz olaraq mənzil üzərində olan pay hüququmu dövlət qeydiyyatına almır. İcra məmurları da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin bu yanaşmasına biganə yanaşaraq hərəkətsizlik göstərərək qanunun tələblərini pozmuşlar. Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərim yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova izahatında bildirdi ki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qəbul edilmiş, borcluya icra sənədini icra etməsinə dair rəsmi bildiriş göndərilmişdir, xx.xx.2023-cü il tarixdə onlar DƏDRK-ə məktub göndərərək, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə X5 və X9 ½ hissədə payının müəyyən edilməsini bildirmişlər.. DƏDRKX onlara “icra vərəqəsində qeyd olunan daşınmaz əmlaklar üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)- 294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qadağa qoyulduğu, qadağanın ləğvi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı rəsmi qaydada İdarəyə daxil olacağı təqdirdə icra vərəqəsinin icrasına yenidən baxılacağı” barədə məlumat vermişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə borclu S.Ş.İmanova tərəfindən 101,88 manatın ödənilməsi təmin edilmişdir. Sonda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Ərizəçi - tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 1160/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə X5 və X9 ½ hissədə payları müəyyən olunması, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat və mediasiya xərci kimi 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manatın cavabdeh X3 alınaraq iddiaçı X10 ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1160/2023-021 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu S.Ş.İmanovaya icranı könüllü olaraq təmin etməsinin təklif edilməsi, icranı könüllü təmin etmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli İnkasso sərəncamından görünür ki, borclu S.Ş.İmanova tərəfindən 101.88 manatın ödənilməsi təmin edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən DƏDRK-ə icra vərəqəsi əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə X5 və X9 ½ hissədə payının müəyyən edilməsi barədə məktub göndərilmiş, DƏDRKX tərəfindən Xətai rayon icra şöbəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda isə “icra vərəqəsində qeyd olunan daşınmaz əmlaklar üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qadağa qoyulduğu, qadağanın ləğvi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı rəsmi qaydada İdarəyə daxil olacağı təqdirdə icra vərəqəsinin icrasına yenidən baxılacağı” bildirilmişdir. İş materiallarında olan DƏDRKX tərəfindən X10 göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilə və ünvan 3 ünvanında yerləşən 57 saylı daşınmaz əmlakların üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.102023-cu il tarixli. e-16(005)-294/2023 nömrəli qərardadı əsasında qadağa qoyulmuşdur Qadağanın ləğvi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı rəsmi qaydada 'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publık huquqı şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə daxıl olacağı təqdirdə icra vərəqəsinin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-1160/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə X5 və X9 ½ hissədə payları müəyyən olunması və dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat və mediasiya xərci kimi 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manatın cavabdeh X3 alınaraq iddiaçı X10 ödənilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir, xx.xx.2023-cü il tarixdə icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə tələbin ödənilməsi məqsədilə qərar və “tələbin könüllü icrası haqqında” eyni tarixli Bildirişlə borcluya müraciət olunmuşdur, xx.xx.2024-cü il tarixdə borclu S.Ş.İmanova tərəfindən 101,88 manatın ödənilməsi təmin edilmişdir, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən DƏDRK-ə icra vərəqəsi əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə X5 və X9 ½ hissədə payının müəyyən edilməsi barədə məktub göndərilmişdir. DƏDRKX Xətai rayon icra şöbəsinə “icra vərəqəsində qeyd olunan daşınmaz əmlaklar üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)- 294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qadağa qoyulduğu, qadağanın ləğvi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı rəsmi qaydada İdarəyə daxil olacağı təqdirdə icra vərəqəsinin icrasına yenidən baxılacağı” barədə məlumat vermişdir. Məhkəmə, şikayətə münasibətdə qeyd edir ki, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra olunması məqsədilə borcluya bildiriş göndərilmiş, S.Ş.İmanova tərəfindən 101.88 manatın ödənilməsi təmin edilmişdir, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 14 A-da yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 23-də yerləşən 57 saylı mənzilə X5 və X9 ½ hissədə paylarının müəyyən edilməsi isə qeyd olunan daşınmaz əmlaklar üzərinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-294/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qadağa qoyulması səbəbindən mümkün olmamışdır, icra məmuru KəmaləHəsənovanın fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X9 “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 05.2023-cü il tarixli, 2(01 1)-1160/2023 saylı icra sənədinin (qətnaməsinin) vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görülməsi vəzifəsinin icra edilməsini Bakı şəhəri Xətai rayon icra şöbəsinin və Nərimanov rayon icra şöbəsinin üzərinə qoyulması” barədə şikayəti rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-177/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-177/2024
23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver