Məhkəmə qərarları › İş №8(011)-178/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-178/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-178/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, Ərizəçi Tələbkar qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Tələbkar ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-481/2024 saylı qətnaməsində nəzərdə tutulmuş görüş formasının dəyişdirilməsi, ərizəçi Tələbkar nəvəsi 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə onun anası X2 iştirakı olmadan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-481/2024 saylı qətnaməsində nəzərdə tutulmuş görüş vaxtlarında görüşünün təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X7 ilə Borclu arasında 09 fevral 2021-ci il tarixdə Qeydiyyat Şöbəsində 70 nömrəli nikah aktı rəsmləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2(011)-481/2023 saylı qətnaməsi ilə Borclu ilə iddiaçının oğlu X7 arasında bağlanmış nikah pozulmuş, 04 dekabr 2021-ci il təvəllüdlü X5 anasının himayəsinə verilmiş, X3 Borclu xeyrinə aliment tutulması qət edilmişdir. İddiaçı Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə nənəsi Tələbkar hər həftənin şənbə və bazar günü saat 10:00-dan 17:00-dək ünsiyyət hüququnun təmin edilməsi, ünsiyyət hüququna mane olmamasının cavabdehə bir vəzifə olaraq həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-481/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar nəvəsi - 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00-dək anası X1 iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Hazırda 04 dekabr 2021-ci il təvəllüdlü X4 3 yaşı tamam olduğuna görə iddia tərəfi hesab edir ki, görüş vaxtlarında ərizəçi Tələbkar nəvəsi - 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə onun anası X1 iştirakı olmadan görüşə bilər. İşdə iştirak edən şəxslərə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 481/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Tələbkar qızma nəvəsi - 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri saat 11:00-dan 14:00dək anası X1 iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə görə, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 12 noyabr 1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyası: 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin ziddinə olaraq onlardan ayrılmasınlar, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı halda mənafeyi naminə labüddür. Belə ayrılıq bu və ya digər konkret halda labüd ola bilər. Məsələn, valideynlər uşaqla sərt rəftar edir və ya ona qayğı göstərmir, yaxud valideynlər bir-birindən ayrı yaşayırlar və belə olan təqdirdə uşağın yaşayış yeri barədə qərar qəbul edilməlidir. İştirakçı dövlətlər valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın hər iki valideynlə müntəzəm surətdə şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın şəxsi maraqlarına zidd olmasın. 3-cü maddəsində uşaqları barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarına istinadən qeyd edir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər... Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 -ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Tələbkar nəvəsi 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququnu müəyyən edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(011)-481/2024 saylı qətnaməsi qəbul edilən zaman uşaq iki yaş, bir aylıq olmuş və məhkəmə tərəfindən uşağın yaşı nəzərə alınaraq ünsiyyət qaydası ananın iştirakı ilə müəyyən edilmişdir. Hal-hazırda yetkinlik yaşına çatmamış 04 dekabr 2021-ci il təvəllüdlü X5 üç yaş, iki aylıq olduğundan məhkəmə onun nənəsi Tələbkar ilə sərbəst ünsiyyətdə olmasını uşağın mənafeyi baxımından məqbul hesab edir. Digər tərəfdən məhkəmə hesab edir ki, X6 özünün iştirakı olmadan 04 dekabr 2021ci il təvəllüdlü X5 ilə Tələbkar ünsiyyətinin uşağın mənafeyinə uyğun olmamasına dair məhkəməyə hər hansı dəlil və ya sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, ünsiyyət qaydasının ananın iştirakı ilə müəyyən edilməsi son nəticədə özünü idarə edən uşaqla tələbkar arasında görüşlərin üçüncü şəxslərin nəzarəti altında qeyri-səmimi şəraitdə keçirilməsi ilə nəticələnərək, tələbkarla uşaq arasında sərbəst ünsiyyətin qurulmasına maneə yaradacaqdır. Bu isə tələbkarın nəvəsi ilə ünsiyyət hüquqununun məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Məhkəmə xüsusilə qeyd edir ki, ata xətti üzrə baba və nənəsi, digər qohumları ilə görüşmək, onlarla davamlı şəkildə ünsiyyətdə olmaq uşağın əqli və psixoloji cəhətdən sağlam inkişafı, onunla iddiaçılar arasında ailə bağlarının möhkəmlənməsi üçün vacibdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Tələbkar nəvəsi 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə ünsiyyətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-481/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş qaydası dəyişdirilməli, Tələbkar 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri 11:00-dan 14:00-dək anası X2 iştirakı olmadan görüş vaxtı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-481/2024 saylı qətnaməsinin icra qaydası dəyişdirilsin. Tələbkar 04 dekabr 2021-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri 11:00-dan 14:00-dək anası X2 iştirakı olmadan görüş vaxtı müəyyən edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar