Məhkəmə qərarları › İş №8(011)-180/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-180/2025

14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-180/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov – Borclu məxsus “RENAULT MEGANE MİNİK” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı və "TOYOTA COROLLA MİNİK" markalı **-FS-*** dövlət qeydiyyat nişanlı, “OPEL COMBO- C MİNİK” markalı, 77BX-723 dövlət qeydiyyat nişanlı və “AUDİ A6 MİNİK” markalı, **-NY- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-1295/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 17949,00 manat məbləğində pul vəsaiti Tələbkar1 Müqərrib oğluna 17949,00 manat məbləğində pul vəsaiti Tələbkar2 ödənilməsi qərara alınmışdır.İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “RENAULT MEGANE MİNİK” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı və "TOYOTA COROLLA MİNİK" markalı **-FS-*** dövlət qeydiyyat nişanlı, “OPEL COMBO-C MİNİK” markalı, 77BX-723 dövlət qeydiyyat nişanlı və “AUDİ A6 MİNİK” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Tələbkar, icra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin olar məhkəmə iclasına gəlməmişlər. İcra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Buna görə də təqdimat qismən təmin edilməlidir. Belə ki, "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən “RENAULT MEGANE MİNİK” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı və "TOYOTA COROLLA MİNİK" markalı **-FS-*** dövlət qeydiyyat nişanlı, “OPEL COMBO- C MİNİK” markalı, 77BX-723 dövlət qeydiyyat nişanlı və “AUDİ A6 MİNİK” markalı, **-NY- *** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti tam ödənilmədiyindən, bununla da icra sənədinin sabit pul şəkilində olan pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimat qismən əsaslıdır. Ona görə ki, göstərilən təqdimat mahiyyət etibarı ilə əsaslı olsa da, üzərinə həbs qoyulması tələb olunan avtomobillərin ümumilikdə dəyəri tələbkarın borcun tutulması tələbindən artıq qiymət təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən nəqliyyat vasitələrindən yalnız ikisinin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən avtomobil, nəqliyyat vasitəsi olub Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, minik avtonəqliyyatı ilk növbədə üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat qismən təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə "AUDİ A6” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı və “TOYOTA COROLLA” minik markalı, **-FS- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus "AUDİ A6" minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı və “TOYOTA COROLLA” minik markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar